Yuxarı

Dövlət Polad Ələmdara “dayan” dedi – Rədd cavabı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Polad Ələmdara “dayan” dedi – Rədd cavabı

Necati Şaşmazın sahibi olduğu "Pana Film"in "Qurdlar Vadisi Darbə" filmi ilə bağlı patent müraciəti rədd edilib.

Axar.az xəbər verir ki, bunu Türk Patent İnstitutunun rəhbəri Həbib Asan deyib. İnstitut həmçinin filmlə bağlı müraciətin 15 iyul hadisələrindən 2 ay əvvəl olduğunu da təsdiqləyib.

Milliyyətdə Necati Şaşmazla bağlı gedən yazıda "Necati Şaşmaz "çevriliş"in patentini iki ay əvvəldən aldı" hissəsinə aydınlıq gətirmək üçün Həbib Asan yazını hazırlayan jurnalist Əli Eyyuboğluna zəng edib:

"Əli bəy, yazınızı oxudum. Bu mövzuda məlumat vermək üçün şəxsən özüm zəng edib, danışmaq istədim. Pana Filmin "Qurdlar Vadisi Darbə" üçün müraciətini dünən rədd etdik. Köşənizdə istifadə etdiyiniz sənəddə şirkətin 24 may 2016 tarixində layihənin patent alması yox, bizə onlayn müraciətə dair görüntü əks olunub. 15 iyul hadisələrindən sonra "15 iyul" və ona oxşar müraciətlər də edilib. Bilirsiniz ki, Türkiyədə OHAL var. Ona görə də, şirkət təşkilatlarından əlavə heç bir müraciəti qəbul etmirik. Onlayn patent müraciətlərin qurumumuz tərəfindən dəyəndirilməsi və etirazı üçün müəyyən müddət var. "Qurdlar Vadisi Darbə"nin müraciətini isə müddətsiz rədd elədik".

Qeyd edək ki, bir müddət əvvəl "Qurdlar Vadisi Pusu" serialının müəllifi "Pana Film" şirkəti 15 iyul çevrilişə cəhd gecəsinin filmini çəkəcəyi ilə bağlı məlumat yayılmışdı. Şirkətin "Qurdlar Vadisi Darbə" adını Türk Patent İnstitutunda 24 may 2016-cı ildə - hadisədən iki ay əvvəl qeydiyyatdan keçirməsi isə ölkə ictimaiyyətində birmənalı qarşılanmamışdı.

Tarix
2016.08.20 / 09:36
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla