Yuxarı

“Elə gülünc qonorar təklif edirlər ki...”

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Elə gülünc qonorar təklif edirlər ki...”

Heç bir serialdan təklif almıram. Adını çəkmək istəmədiyim bir kanal da mənə qadağa qoyub. Ümumiyyətlə, uzun müddətdir mənə qarşı qara piar aparırlar və mən bunun səbəbini nə qədər soruşsam da, heç kəs məlumat vermir.

Bu sözləri əməkdar artist Naibə Allahverdiyeva efirlərdə görünməməsi haqda Axar.az-a danışarkən deyib. O, seriallardan təklif gəlmədiyini bildirib:

"Bu məsələyə görə əsəblərim o qədər pozulmuşdu ki, xəstəxanaya düşmüşdüm. Özümü tərifləmək istəmirəm, amma 30 il səhnədə can qoymuşam. Rusiyada, Türkiyədə qastrolda olanda orada mənim ifama heyran qalmışdılar. Sovet vaxtı - kinoya düşməyin qəliz məsələ olduğu bir vaxtda professional rejissorlarla çalışmışam. İndiki seriallara baxıram, çoxu o dövrdə kinoya çəkilməyə dəvət edilməyən aktyorlar, aktrisalardır. Açığı, indiki serialların bir-ikisini çıxmaq şərti ilə heç bəyənmirəm. Ona görə yox ki, mən onlarda çəkilmirəm. Ona görə ki, çox keyfiyyətsizdir, aktyorlara, aktrisalara elə gülünc qonorarlar təklif edirlər ki, adam lap məəttəl qalır. Dövlət tərəfindən seriallar çəkilsin deyə, nə qədər pul ayrılıb. Niyə mən o seriallarda çəkilməməliyəm? Məni gənclər də, yaşıdlarım da çox sevir. Yolda neçə dəfə mənə deyirlər ki, Naibə xanım, niyə efirdə yoxsunuz, sizin üçün darıxmışıq".

Tarix
2016.09.09 / 08:45
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla