Yuxarı

Hollivud ulduzu: "Bakıdan təklif gələrsə..."

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hollivud ulduzu: "Bakıdan təklif gələrsə..."

Oktyabrın 5-də "SinemaPlus" kinoteatrında "Əli və Nino" filminin qəhrəmanlarının iştirakı ilə mətbuat konfransı keçirilib.

Axar.az xəbər verir ki, "Əli və Nino" filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Akademi Avard" mükafatı laureatı Kristofer Hemptondur.

Mətbuat konfransında Kris Tikyer, Kristofer Hempton, Nino obrazını canlandıran Mariya Valverde, həmçinin Numan Akar, Mehriban Zəki, Pərviz Məmmədrzayev və Cümşüd Zeynalov iştirak ediblər.

Mətbuat konfransında yaradıcı heyətin üzvləri çəkiliş prosesindən danışıblar. Filmin baş qəhrəmanı, Hollivud ulduzu Mariya Valverde Azərbaycana aşiq olduğunu bildirib. O qeyd edib ki, Bakıdan növbəti dəfə təklif gələrsə, bunu sevinclə qarşılayacaq.

Qeyd edək ki, yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli və Nino" Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

Tarix
2016.10.05 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla