Yuxarı

Manafova şok: çəkildi, “Əli və Nino”dan kəsilib atıldı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manafova şok: çəkildi, “Əli və Nino”dan kəsilib atıldı

Uzun müddətdir intizarla gözlənilən "Əli və Nino" filminin təqdimatı zamanı tamaşaçılar sürprizlə qarşılaşıb.

Axar.az xəbər verir ki, əvvəlcədən epizodlarının yayılmasına və reklam çarxlarında olmasına rəğmən, Fəxrəddin Manafovun canlandırdığı obraz filmdə əks olunmayıb. Yaratdığı obrazları daim sevdirməyi bacaran F.Manafovun "Əli və Nino" filmindən montaj olunmasının səbəbi isə hər kəs üçün maraqlıdır.

Tanınmış aktyor, xalq artisti F.Manafov Axar.az-a açıqlamasında bunun kinematoqrafiyada tez-tez rast gəlinən adi hal olduğunu bildirib:

"Kinoların elə bir xüsusiyyəti var ki, çox böyük bir epizod, hissə ixtisara uğraya bilir. Bu haqda daha ətraflı məlumatı "Əli və Nino" filminin rejissorlarından ala bilərsiniz".

Xatırladaq ki, Fəxrəddin Manafov Qurban Səidin "Əli və Nino" romanı əsasında çəkilən eyniadlı filmdə Zeynalabdin Tağıyev rolunu canlandırıb.

Lakin filmin izləyicilərə təqdim olunan versiyasında xalq artistinin rol aldığı səhnə yoxdur.

Filmin rejissoru "BAFTA" (Britaniya Film və Televiziya İncəsənəti Akademiyası) mükafatı laureatı Asif Kapadia, quruluşçu rejissoru Kris Tikyer, ssenari müəllifi Kristofer Hempton, icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Tarix
2016.10.10 / 14:56
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla