Yuxarı

Xaricdə yaşayan iki ünlü azərbaycanlı Bakıdadır

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaricdə yaşayan iki ünlü azərbaycanlı Bakıdadır

Bu gün saat 16:00-da Xəzər Universitetində Avrasiya Akademiyasının ikinci toplantısı keçiriləcək.

Bu barədə Axar.az-a Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli məlumat verib. O bildirib ki, bu dəfə iki nəfər Avrasiya Akademiyasına üzv seçilir:

"Bu gün Avrasiya akademiyasının ikinci toplantısı keçiriləcək. Birinci toplantı yanvar ayında keçirilib. Bu dəfə də 2 nəfər Avrasiya akademiyasının üzvü seçilir. Biri - türkiyəli aktrisa Türkan Şoray, digəri isə azərbaycanlı Fransa aktyoru Robert Osseyndir. Bu dəfə seçilən üzvlər incəsənət sahəsindəndir. Onların hər ikisi Bakıdadır. Saat 16:00-da onlara "Avrasiya əfsanəsi" mükafatı təqdim ediləcək, sertifikatlar veriləcək, mantiyaları geyindiriləcək və onların həyatı ilə bağlı film nümayiş etdiriləcək".

Qeyd edək ki, Avrasiya akademiyasının birinci toplantısı yanvar ayının 29-da keçirilib. Birinci toplantıya məşhur alim Rafiq Əliyev, xalq yazıçısı Anar, şair Ramiz Rövşən, xalq şairi Sabir Rüstəmxanlı, xalq artisti Flora Kərimova, sabiq təhsil naziri Misir Mərdanov və Avropa, Asiya və Amerikanın müxtəlif ölkələrindən görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri, hökumət və Milli Məclis üzvləri, səfirlər iştirak etmişdilər.

Tarix
2016.11.17 / 14:19
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla