Yuxarı

"Sezercik" üçüncü dəfə boşanır - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sezercik" üçüncü dəfə boşanır - Foto

1970-ci illərdə "Sezercik" uşaq obrazı ilə tanınan Sezer İnanoğlu üçüncü həyat yoldaşı Zeynəb Yılmazdan boşanır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, keçən il ailə quran Sezer keçən həftə məhkəməyə gedərək boşanma ərizəsini verib.

Keçən il də nikahdan bir müddət sonra boşanmaq qərarı verən cütlük evlliklərini xilas edərək barışmışdı.

Qeyd edək ki, atası tanınmış prodüser Berker İnanoğlu olan Sezer çəkildiyi filmlər sayəsində şöhrətin zirvəsinə yüksəlsə də, axıradak imicini qoruyub saxlaya bilməyib. Narkotik ticarəti və polisə silahlı hücum cinayətlərindən həbs edilən S.İnanoğlu daha əvvəl 2 dəfə evli olub.

Onun 1996-cı ildə evləndiyi ilk həyat yoldaşı Nil Pınar bir il sonra özünə silahla atəş açaraq intihar edib. Aktyorun adı bu intihar hadisəsində cinayətkar kimi hallansa da, heç bir sübut tapılmadığından sərbəst buraxılmışdı.

2007-ci ildə Mehtap Maral Kaykasoğlu ilə ailə quran Sezerin 2009-cu ildə anadangəlmə kor olan qızı Arzum Ayşe dünyaya gəlib. Cütlüyün qızının fiziki qüsurlu doğulması Sezerin hamiləlik müddətində xanımına zorakılıq tətbiq etməsi ilə əlaqələndirilirdi. Cütlük 2 il yarımlıq ailə həyatından sonra ayrılmaq qərarına gəlmişdi.

Tarix
2016.11.21 / 17:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Azərbaycana qardaş ölkə “rəqiblə” dost olur - Səbəb

Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla