Yuxarı

“Rəcəb İvedik”dən Azərbaycanı təhqir edən səhnə çıxarıldı - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rəcəb İvedik”dən Azərbaycanı təhqir edən səhnə çıxarıldı - Video

“Rəcəb İvedik-5” filmindən Azərbaycanı təhqir edən səhnə çıxarıldı.

Musavat.com xəbər verir ki, bu barədə filmin rejissoru və Rəcəb İvedik rolunun ifaçısı Şahan Gökbakar özünün İnstaqram səhifəsindən video-məlumat paylaşıb. O deyib ki, filmlərini gülmək və güldürmək üçün çəkir:

“Əgər təkcə bir azərbaycanlı qardaşımın qəlbinə toxunubsa, həmin fraqmenti sevə - sevə çıxardıram. Bununla da əsassız söz-söhbətə və bu filmin ətrafında çirkin oyun quranların oyunlarına son verirəm”.

Qeyd edək ki, “Rəcəb İvedik-5” adlı yeni filmin fraqmanında Azərbaycan bayraqlı bir idmançı Rəcəb İvedik tərəfindən yumruqla vurulur və sözün həqiqi mənasında, uçurdu. Bir çox azərbaycanlı ziyalılar, o cümlədən Giresun Universitetinin keçmiş rektoru, professor Aygün Attar bu səhnəni Azərbaycana və onun bayrağına həqarət kimi qəbul etmişdi. Daha sonra bu etirazlara AKP millət vəkilləri və Türkiyənin vətənsevər insanları da qoşuldu. Məsələnin böyüməsi səbəbindən filmin yaradıcısı geriyə addım atmağa məcbur qaldı.

Şahan Gökbakarın video-müraciətini təqdim edirik:

Tarix
2017.01.18 / 22:48
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla