Yuxarı

Son 10 ildə çəkilən filmlər... – Nazir müavini

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son 10 ildə çəkilən filmlər... – Nazir müavini

Dövlət Film Fondunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə Azərbaycan kinosunun gələcək inkişafına həsr olunan müşavirə keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə çıxış edən Ədalət Vəliyev ölkəmizdə kinonun inkişafı istiqamətində atılan addımlardan danışıb. Nazir müavininin sözlərinə görə, son 10 ildə ölkəmizdə 44 tammetrajlı bədii film, ümumilikdə isə 344 film çəkilib:

“Bu illər ərzində Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda nümayiş etdirilib, ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari nominasiyasında qalib olub”.

Görülən işləri yüksək qiymətləndirən nazir müavini bununla yanaşı müasir Azərbaycan kinosunun qarşısında duran vəzifə və məqsədlərdən danışaraq müvafiq qurumlara tapşırıqlar verib.

Tədbirdə “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “Yaddaş” və “Salnamə” studiyalarının kollektivi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nümayəndələri iştirak edib.

Tarix
2017.08.31 / 17:36
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla