Yuxarı

Xanım Qafarovanın qızı filmə çəkildi - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün gözəl Gövhərin çəkildiyi ilk filmin təqdimatına birlikdə getdik və onu təbrik etdik.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva vaxtsız dünyadan köçən əməkdar artist Xanım Qafaqovanın qızının da çəkildiyi “Big Bubble əməliyyatı” filminin Nizami Kino Evində keçirilən təqdimat mərasimi haqda bildirib. Millət vəkili qeyd edib ki, filmin təqdimatı 1 saatdan artıq gecikdiyi və başqa önəmli tədbirə dəvət aldığı üçün getmək məcburiyyətində qalıb və filmi seyr edə bilməyib:

“Amma mütləq bu filmə baxacam və bu uşaq filmi ilə bağlı fikrimi paylaşacam. Amma Gövhərin yaxşı oynadığına əminəm. Təqdimatdan öncə yaxınlaşıb “Gövhəri təqdim edib çağıranda sual da verəcəklər, nə deyəcəyi barədə danışmısınızmı” deyə sorduqlarında “ağıllı qızdı, ona heç bir şey öyrətmək lazım deyil, qoy içindən nə gəlirsə, onu söyləsin” dedim. Gövhər isə qırmızı xalıdan hər kəsə təbəssüm bəxş edərək keçdi və aparıcının sualına “aktrisa olmaq istəyirəm” deyə cavab verdi. Rəhmətlik anası Xanım Qafarovanın istedadı və həvəsi, demək, ona da keçib. Nənəsi Gövhər xala isə çox duyğusal anlar yaşadı. Çünki Gövhər indi onu həyata bağlayan ən güclü bağdı”.

Qeyd edək ki, sevimli aktrisa, əməkdar artist Xanım Qafarova 2014-cü ildə, 47 yaşında ağır xəstəlikdən dünyasını dəyişib. Gövhər onun yeganə övladıdır.

Tarix
2017.10.04 / 00:52
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm...

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla