Yuxarı

“Elməddin onlardan min dəfə şükürlüdür”

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elməddin Cəfərovun çəkdiyi və ATV kanalında yayımlanan seriallarda olan bəzi məqamlarla bağlı əvvəllər müəyyən narahatlıqlar olmuşdu. Kanal tərəfindən də normal reaksiya verilmişdi. Amma indi bu tip komediya serialları ilə bağlı kəskin neqativ fikirləri bölüşmürəm.

Kult.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov qeyd edib. Rejissor Şeyx Əbdül Mahmudbəyovun aktyor Elməddin Cəfərov barədə dediyi “Teatrımızı Elməddindən xilas etməliyik” sözlərinə reaksiya verən T.Dadaşov bildirib ki, təzə-təzə yaranan bu serialların üzərinə çox getmək lazım deyil:

“Əbdül Mahmudbəyov deyib ki, Elməddin kinoya, aktyorluğa yarayan adam deyil. Məncə, çox şişirdilmiş fikirdir. Təzə-təzə inkişaf etməyə başlayan serial təsərrüfatının üzərinə bu cür qamçı ilə getmək doğru deyil. Həmişə nümunə kimi göstərdiyimiz türklərdə elə şit-bayağı komediya filmlərinə rast gəlinir ki, Elməddinin serialları onların yanında min dəfə şükürlüdür. Şəxsən mənə Rəcəb İvədikdən, hətta Arif Quliyevdənsə, Elməddinin artistliyi üstün gəlir”.

T.Dadaşov vurğulayıb ki, onsuz da zamanla əsl sənət öz yerini tapacaq.

Qeyd edək ki, ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan Şeyx Əbdül Mahmudov Azərbaycan kinosunu, teatrını Elməddindən xilas etmək lazım olduğunu bildirib.

Tarix
2017.10.09 / 10:33
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla