Yuxarı

Komitə “Şəhadət”i təqdim etdi - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə “Şəhadət”i təqdim etdi - Foto

Noyabrın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva “Şəhadət” sənədli filminin nümayişinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov komitənin sifarişi ilə çəkilən “Fitnə”, “Şəhadət” sənədli filmlərinin radikalizmə qarşı mübarizədə önəmli rola malik olduğunu xüsusilə vurğulayıb və o, hazırda DQİDK-nın sifarişi ilə “Vəhdət” adlı filmin hazırlandığını qeyd edib.

DQİDK-nın sədr müavini gəncləri ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini də diqqətə çatdırıb.

Çıxış edən digər natiqlər-Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının müdiri, professor Aydın Talıbzadə, Əməkdar artist, ADMİU-nun dosenti Məmmədsəfa Qasımov və başqaları sənədli filmin əhəmiyyətini yüksək qiymətləndiriblər. Tədbirdə gənclərin radikal dini cərəyanların təsiri altına düşməsindən qorunması, dini radikalizmin fəsadları, eyni zamanda, gənclərin milli mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı da fikir mübadiləsi aparılıb.

Tarix
2017.11.17 / 19:15
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla