Yuxarı

Öz qohumlarını filmə çəkir, sonra isə... - Şahin Qəhrəman

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Öz qohumlarını filmə çəkir, sonra isə... - Şahin Qəhrəman

Komediyanı oynamaq, insanları güldürmək onları ağlatmaqdan daha çətindir. Azərbaycanda komediya janrına ona görə çox müraciət olunur ki, rejissorlarımız qoyduqları pulları götürməyə çalışır. Amma son 5 ildə rejissorlarımız dram janrında filmlər çəkməyə başlayıblar. Məsələn, bu yaxınlarda təqdimatı olan “İkinci pərdə” filmi çox uğurlu dramdır, baxmağa dəyər.

Bu sözləri Kult.az-a “Dəfnə ağacı”, “Günəşim ol”, “Səni ürəyim sevdi” seriallarının və “Ögey ata” kinokomediyasının rejissoru Şahin Qəhrəman son dövrlər Azərbaycanda komediya janrında filmlərə daha çox müraciət olunmasına münasibət bildirərkən deyib. O, qorxu, dram, tarixi və s. mövzulu filmlərin gec-gec çəkilməsinin səbəblərini açıqlayıb:

“Tarixi filmləri çəkmək üçün külli miqdarda pul tələb olunur. Ortabab tarixi film çəkmək istəyən rejissorun azı 7-8 milyonluq büdcəsi olmalıdır. Bu pulu da heç kim vermir. Bəziləri deyirlər ki, Azərbaycan aktyoru dramı yaxşı oynaya bilmir. Bu fikirlə qətiyyən razı deyiləm. Bizim çox istedadlı, işini bilən aktyorlarımız var. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, komediya çəkmək daha asandır. Əslində isə vəziyyət başqa cürdür. Əgər aktyorlarımız güldürməyi bacarırsa, deməli, böyük iş görürlər. Amma demək olmaz ki, komediya janrında çəkilən bütün filmlər uğurlu alınır. Sadəcə, gündəmdə olan bəlli aktyorlar var ki, onların çəkildiyi filmlər daha çox baxılır”.

Rejissorun sözlərinə görə, film sahəsinin inkişafı üçün əsas olan maddi və mənəvi dəstəkdir:

“Filmin uğurlu alınması üçün ilk növbədə ssenari mükəmməl qurulmalıdır. Elə aktyor və aktrisalar tanıyıram ki, həqiqətən çox yaxşı dram oynayırlar, sadəcə, ssenarinin uğursuz olması işi korlayır. Filmlərin keyfiyyətsiz alınmasının digər səbəbi də filmlərə çəkilən şəxslərin incəsənətdən kənar sahənin adamları olmasıdır. Onlar ya rejissorun hardansa tapıb gətirdiyi tanışları, ya da qohumlarıdır. Belədə film uğursuz alınır.

Bundan başqa, rejissor aktyorun oyunu ilə yanaşı, danışdığı sözə, sözün vurğusuna, hissiyyatına və s. fikir verməlidir. Film sahəsində uğur qazanmaq üçün tamaşaçının maraqlandığı mövzunu düzgün seçmək lazımdır. Cəmiyyətimizdə nə varsa, nə görürüksə, onu çəkməliyik. Tamaşaçı yaşadığı mühitə uyğun filmləri görmək istəyir.

Film sahəsinin inkişafı üçün əsas olan maddi və mənəvi dəstəkdir. Məsələn, türkiyəli aktyor Cem Yılmaz müsahibələrinin birində deyib ki, bizdə film çəkiləndə səhnə arxasında olanlar aktyorlardan bir neçə dəfə çoxdur. Səhnədə 20 aktyor, kamera arxasında isə 250 işçi olur. Hərə öz sahəsi ilə məşğul olanda iş də keyfiyyətli alınır. Sadəcə bizdə o qədər maliyyə ayırmağa imkan yoxdur. Ona görə də 10 nəfərin işini 2-3 nəfər görür”.

Tarix
2017.11.25 / 08:15
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Xələf Xələfov Hakan Fidanla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü

İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi...

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

Hansı “yerli istehsal” üçün vergini artırırlar?

İlham Əliyev Jelko Komşiçi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla