Yuxarı

Məşədi İbad rolunu xalq artistindən kim aldı? - Axar TV

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşədi İbad rolunu xalq artistindən kim aldı? -

Estrada janrının şanson ifa tərzinin təqdimatçısı kimi tanınan Mirzə Babayev 1913-cü il iyulun 16-da Bakıda anadan olub. Ali təhsilini Əzizbəyov adına Sənayə İnstitutunun memarlıq fakültəsində alıb. Müğənnilik fəaliyyətinə isə 40-cı illərin əvvəlində görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.

1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, korifey sənətkar Bülbülün sinfinə daxil olub. Deyilənə görə, Bülbül onu opera müğənnisi kimi hazırlamaq istəyirmiş. Amma Tofiq Quliyev deyib ki, Mirzənin səsi estrada mahnılarının ifası üçün daha uyğundur.

Xalq artisti Mirzə Babayev həm də gözəl aktyor idi. O, ümumilikdə 40-dan çox filmdə rol almışdı. “Bəyin oğurlanması”, “Dərviş Parisi partladır”, “Dəli Kür”, “Qaraca qız”, “Qorxma, mən səninləyəm” kimi filmlərdə rol alıb.

Sənətkarın nəvəsi Emin Babayev müsahibələrinin birində deyir ki, Mirzə Babayevi “O olmasın, bu olsun” filmində Məşədi İbad roluna çəkmək istəyiblər, lakin kimsə buna mane olub. Məşədi İbadın yalnız musiqi partiyalarını ona etibar ediblər.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Tarix
2018.01.27 / 07:00
Müəllif
Ülkər, Ömər
Digər xəbərlər

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm...

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla