Yuxarı

Leonovun məşhur müraciəti - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Sovet teatr və kino aktyoru Yevgeni Leonovun ölümündən bir neçə il əvvəl verdiyi müsahibə sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.

Kult.az xəbər verir ki, ölümündən 2 il əvvəl edilən sonuncu videomüsahibədə aktyor sanki həyatın əsl simasını açır. SSRİ-nin dağılmasından, kapitalizmin gözlənilmədən keçmiş sovet məkanına daxil olmasından sonra yaranan böhran və özbaşınalığa etirazını Leonov belə ifadə edir:

"Mən indi inanmağa başlamışam, lakin Allaha yox. Mən belə tezliklə dəyişə bilmərəm. Ali qanun sevgi ola bilər. Ali haqq mərhəmət ola bilər, ali ədalət isə bağışlama ola bilər. Mənə elə gəlir ki, bu formula insanlıq səviyyəsindən aşağı düşməmək, maşınla iti əzməmək, doğum evində uşaqdan imtina etməmək, valideynlərə yardım etməmək üçün kifayətdir. Əcdadlarımızın bizə çağırış etdiyi “öldürmə”, “oğurlama” sözlərini unudaraq yaşamaq... Getdikcə bu sözlər bizə ikiüzlülük, ciddi olmayan bir şey kimi görünməyə başladı. Ona görə ki, “azadlıqdır”. "Azadlıq" istədiyini elə, istədiyin kimi yaşamaqdır. Yaşamaq istəyənlər düşünmək istəmirlər ki, intelligensiyadan, sağlam düşüncədən və təmiz qəlbdən ayrılmış azadlıq qorxulu zarafatdır".

Xatırladaq ki, Y.Leonov 1926-cı ildə Moskvada doğulub, 29 yanvar 1994-də dünyasını dəyişib. Onu məşhurlaşdıran obrazı 1961-ci ildə rejissor Vladimir Fetinin “Zolaqlıların səfəri” filmində bufetçi Şuleykin roludur.

Tarix
2018.02.03 / 08:45
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla