Yuxarı

Teatrda qalmaqal: aktyorlar işdən çıxarılmalarına etiraz edir

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Teatrda qalmaqal: aktyorlar işdən çıxarılmalarına etiraz edir

Gənc Tamaşaçılar Teatrının aktyorları işdən çıxarılmalarına etiraz edirlər.

Teatrın aktyoru, əməkdar artist Rahib Əliyev Report-a açıqlamasında teatr rəhbərliyinin qərarı ilə razılaşmadığını və işdən çıxmaq istəmədiyini bildirib.

Əməkdar artist mədəniyyət ocağından uzaqlaşdırılmasının qanunsuz olduğunu deyib: “Niyə çıxım axı? 50 ildən çoxdur ki, işləyirəm. Bunu şikayət kimi demirəm. Deyirlər işdən çıxacaqsan, əməkdar artist olduğunuz üçün də hər tamaşaya 44 manat verəcəyik. Bu, qanunsuzdur, başqa teatrlarda belə hal yoxdur. Əvvəl maaşımızı kəsib 50 faiz etdilər. İndi 148 manat maaş alıram. Elə aktyorlar var məndən də az əməkhaqqı alır. İndi də deyirlər təqaüdçüsünüz, gedin. Direktor yeni gəlib, niyə belə edir, bilmirəm. Dünən teatrdan məni çağırıb dedilər ki, indi imkan yoxdur, amma yaxşı olacaq və sair. Sonra getdim kadrlar şöbəsinə dedilər ki, əmək kitabçasını qaytaracağıq özünüzə, hər tamaşaya da 44 manat verəcəyik. Bu ay bir tamaşam var. Tamaşalar bitdikdən sonra da bizim artıq teatrla işimiz bitmiş olacaq”.

Xalq artisti Yasin Qarayev isə deyib ki, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovun aktyoru işdən çıxarmaq və yaxud işə götürmək səlahiyyəti yoxdur:

“Bəhram Osmanov bədii rəhbər, yaradıcılığa baxan insandır. İşə götürən də, işdən çıxaran da direktordur. Müsahibə götürüblər, öz fikrini deyib. Mənə dedilər ərizə yazmalısan, etiraz etdim. 65 yaşından sonra müəssisənin direktoru 70 yaşına qədər 5 il ərzində 1 illik müqavilələr bağlaya bilər. Bir ildən sonra istəsə bağlamaz. Bu da işçilərin sayının 2 faizi qədər hesablanır. Mən belə düşünürəm ki, bu, teatrlara yox, dövlət qulluqçularına aiddir. Ağaxan Salmanlının 77 yaşı var. Ərizədə işdən çıxarıldığı qeyd olunur, ancaq onu xalq artisti kimi oynadığı tamaşalara görə dəvət edir və hər tamaşasına təxminən 40 manat verirlər. Yeni tamaşalarda isə rol verilmir”.

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrı rəhbərliyinin qərarı ilə xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Lətifə Əliyeva, əməkdar artistlər Atabala Səfərov və Rahib Əliyev işdən çıxılıb. Buna səbəb kimi aktyorların pensiya yaşına çatmaları göstərilib.

Tarix
2019.01.11 / 16:10
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla