Yuxarı

Dildəki bu problemlər özünü daha qabarıq göstərir - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dildəki bu problemlər özünü daha qabarıq göstərir - Foto

Bu gün Mərkəzi Elmi Kitabxanada “Məsəllər və deyimlər etimoloji lüğəti” və “Koroğlu dastanının lüğəti” kitablarının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan professor Qulu Məhərrəmli hər iki kitabla bağlı fikirlərini bölüşüb.

Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik, millət vəkili Nizami Cəfərov yeni nəşr olunmuş kitabların əhəmiyyətindən və xüsusən də dil mövzusunun qloballaşan dünyadakı yerindən danışıb:

“Dil xalqın milli kimliyinin daşıyıcısıdır. Dili qorumaq xalqı qorumaq deməkdir. Bu gün biz bir sıra sferalarda dillə bağlı pozuntularla qarşılaşırıq. Ancaq düşünürəm ki, hazırda dilimizin danışıq qaydalarında olan problemlər özünü daha qabarıq büruzə verir. Təqdim olunan bu kitablar da xalqa xidmətin bariz nümunəsidir”.

“Koroğlu dastanının lüğəti” kitabının müəllifi, Bakı Slavyan Universiteti Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti, filologiya elmləri namizədi Şəhla Əhmədova və “Məsəllər və deyimlər etimoloji lüğəti” kitabının müəllifi, “Altun kitab” nəşriyyat evinin rəhbəri Rafiq İsmayılov çıxışlarında kitabların hazırlanma mərhələləri haqqında tədbir iştirakçılarına məlumat veriblər.

Tarix
2019.01.30 / 13:21
Müəllif
Kult.az
Digər xəbərlər

Kəlbəcər sakinlərinə xoş xəbər

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla