Yuxarı

“Çölçü” filminin növbəti uğuru

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Çölçü” filminin növbəti uğuru

Azərbaycan istehsalı olan “Çölçü” filmi “Crown Wood” Beynəlxalq fılm festıvalının “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” mükafatlarına layiq görülüb.

Kult.az xəbər verir ki, bu barədə Azərtac-a filmin rejissoru Şamil Əliyev deyib.

Bildirib ki, fevralın 16-da keçiriləcək təqdimat mərasiminə videomüraciətlə qatılacaq.

Qeyd edib ki, bu mükafatlara layiq görülməklə film, eyni zamanda, CWIFF illik mükafatına nominant statusunu da qazanıb. Mükafat bu ilin oktyabrında Hindistanın Kolkata şəhərində təqdim olunacaq.

Xatırladaq ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 44 beynəlxalq kino festivalında iştirak edərək mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Tarix
2019.02.13 / 17:12
Müəllif
Kult.az
Digər xəbərlər

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla