Yuxarı

CBC Xocalıya aid filmi niyə yaymadı? - Açıqlama

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
CBC Xocalıya aid filmi niyə yaymadı? - Açıqlama

"Sonsuz Dəhliz" filmi CBC telekanalının efir proqramına daxil edilib və ekran əsəri fevralın 24-də saat 22:00-da nümayiş etdirilib.

Bu barədə Kult.az-a CBC telekanalından məlumat verilib.

Qeyd edilib ki, Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” ("Endless Corridor") filminin müəlliflərinin Azərbaycandakı tərəfdaşlarının ekran əsərinin rus versiyasını efirdə yayımlamaq məqsədilə CBC telekanalına təqdim etməsi, lakin telekanalın filmi göstərməkdən imtina etməsi barədə iddiaları əsassızdır:

"Film fevralın 25-26-da da CBC TV-də yayımlanacaq. Məlumat üçün bildiririk ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna edilən son dəyişikliyə əsasən, siqaret ve tütünçəkmə görüntülərinin televiziya və videofilmlərdə açıq yayımlanması qadağan edildikdən sonra Milli Televiziya və Radio Şurası bütün telekanallar qarşısında bu dəyişiklikdən irəli gələn tələblər qoyduğu üçün CBC TV TEAS Press-in filmlə bağlı telekanala müraciət edən əməkdaşına filmdə siqaret olan kadrların üstünün bağlanması və bundan başqa digər bəzi kiçik üslub düzəlişləri edilməsini təklif edib. Lakin filmi təqdim edən qurumun əməkdaşı bildirib ki, film Litvada hazırlanıb, buna görə də həmin qeydləri etmək çətin olacaq.

Bu məlumatı nəzərə alan televiziya kanalının rəhbərliyi yalnız siqaret görüntülərinin üstünü örtməklə müfaviq əməkdaşlara “Sonsuz Dəhliz” filmini nümayiş üçün hazırlamaq göstərişi verib. Bu prosesdən sonra film efir proqramına daxil edilib".

Televiziyadan bildirilib ki, 2016-cı ilin aprelində ermənilərin növbəti təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar haqda CBC telekanalının nümayiş etdirdiyi videokadrlara dünyanın bir çox beynəlxalq telekanalı, o cümlədən Rusiyanın aparıcı NTV, ORT, Rossiya 24 kimi kanalları istinad etmişdi.

Tarix
2019.02.25 / 11:46
Müəllif
Kult.az
Digər xəbərlər

Kəlbəcər sakinlərinə xoş xəbər

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla