Yuxarı

Ramiz Əzizbəyli yeni filmdə - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Əzizbəyli yeni filmdə - Video

Uzun fasilədən sonra Azərbaycanın xalq artisti, professor Ramiz Əzizbəyli yeni çəkilən filmdə baş rollardan birini ifa edib.

Bu barədə Kult.az-a filminin rejissoru Ramil Adiloğlu məlumat verib. O bildirib ki, Ramiz Əzizbəyli səhhəti ilə bağlı həkim nəzarətində olmasına baxmayaraq “Sən anlat Hacıqabul” komediya janrında olan filmdən imtina etməyib. Əksinə, cəsarətlə çəkilişlərə qatılmağa razılıq verib: “Ramiz müəllim çəkilişlərə qatılaraq həm maraqlı fikirləri, həm də yüksək sənət nümayişi ilə hər bir sənətçiyə örnək olub. O, tamaşaçıların marağına səbəb olacaq rolu canladırıb. Nəhayət ki, Ramiz Əzizbəylini sevənlər onu ekranlarda maraqlı aktyor oyunu ilə görəcəklər. Onu sevənlər çox da intizarda qalmayacaq, belə ki, film tezliklə təqdim olunacaq.”

R.Adiloğlu onu da qeyd edib ki, “Sən anlat Hacıqabul” filmi “Aşkarlanmış lent” (“Found footage”) janrında çəkilən Azərbaycanda ilk ekran əsəridir.

Filmdə digər baş rol ifaçısı isə aparıcı və aktyor Elşad Zarafatsızdır. Filmin quruluşçu rəssamı Zaur Abdullayev, montaj müəllifi Oqtay Nəbzdir.

Qeyd edək ki, Xalq artisti R.Əzizbəyli uzun zamandır bir sıra xəstəliklərdən əziyyət çəkir.

Tarix
2019.03.19 / 11:18
Müəllif
Kult.az
Digər xəbərlər

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla