Yuxarı

Aqil Abbas rezonans doğuran filmdən danışdı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aqil Abbas rezonans doğuran filmdən danışdı

Dünən nümayişi keçirilən “Dalan” bədii filmini çox bəyəndim, amma təbii olaraq, bəzi kiçik nöqsanlar da gözümdən qaçmadı.

Bu sözləri Kult.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. O, acı həyat həqiqətlərindən bəhs edən bu filmdə rejissor və aktyor işinin çox yaxşı qurulduğunu bildirib:

“Doğrudur, aktyorların Fuad Poladov kimi mükəmməl oynadığını deyə bilmərəm, çünki gəncdirlər, amma getdikcə yetişəcək, püxtələşəcəklər. Xüsusilə Əməkdar artist Rasim Cəfərin yaratdığı obraz mənə çox təsir elədi. Filmdə çox maraqlı, gözəl atmacalar var, izləyərkən bir neçə yerdə güldüm”.

Millət vəkili filmdəki açıq-saçıq səhnələrin rezonans doğurmasından da danışıb:

“Həmin filmdə cəmi 2 belə səhnə var. Məncə, tənqidlərə baxmayaraq, gənclərimiz növbəti filmlərini çəkməyə davam etsinlər. Bu yolla bir qədər də təcrübə qazanacaq və daha yaxşı film ərsəyə gətirəcəklər”.

Gənc Tamaşaçılar Teatrının aktrisası, hazırda ATV-də yayımlanan “Qara yazı” serialında rol alan Zemfira Əbdülsəmədova dram janrında film çəkilməsini yüksək qiymətləndirib:

“Filmdə insanın hisslərinə toxunan ağrılı səhnələr var idi. Bir şeyi deyim ki, büdcə məsələsi filmdə çox böyük rol oynayır. Filmin maliyyəsi çox olsa, həm keyfiyyətli, həm də tamaşaçının istədiyi effekt alınar. Bizim filmlərimizdəki problemləri əsasən bununla bağlayıram”.

Aktrisa filmdəki bəzi səhnələrin tənqid edilməsinin mental dəyərlərlə bağlı olduğunu söyləyib:

“Avropa və ABŞ istehsalı olan filmlərdə açıq-saçıq səhnələrə rahat baxa bilirik. Çünki bizim mental dəyərlərlə bağlı deyil. 70-80-ci illərdə ”Baladadaşın məhəbbəti”, “Bəxt üzüyü” və s. Azərbaycan filmlərində çimərlik geyimində olan səhnələr var. Bəs niyə indi pis baxılır? Əgər film, süjet bunu tələb edirsə, niyə də olmasın. Mental dəyərlərə toxunmadan həmin səhnələri vermək olar. “Təhminə” filmində də o cür səhnələr var idi. Amma həmin film hamı tərəfindən qəbul olundu. Aktyor sənətində “təklif olunmuş vəziyyət” adlı termin var. Əgər aktyor özündə o bariyeri sındırırsa, ona tapşırılan işin öhdəsindən gəlməli, utandığını tamaşaçıya bildirməməlidir”.

Qeyd edək ki, ötən gün “Dalan” bədii filminin təqdimat mərasimi keçirilib.

Filmə bu gündən, yəni aprelin 4-dən etibarən “Park Sinema” kinoteatrlarında baxa bilərsiniz.

Tarix
2019.04.04 / 18:48
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla