Yuxarı

Nazirlikdən xalq şairinə cavab: Xəbərimiz yoxdur!

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən xalq şairinə cavab: Xəbərimiz yoxdur!

Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən “Difai fədailəri” əsərinə film çəkilməsi üçün xalq şairi Sabir Rüstəmxanlının Mədəniyyət Nazirliyinə müraciətindən xəbərsizəm.

Bu sözləri Kult.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyib.

O bildirib ki, Prezidentin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı sərəncamından sonra tədbirlər planı hazırlanır.

Nazirlik rəsmisi onu da qeyd edib ki, kino sahəsinin inkişafı üçün Mədəniyyət Nazirliyi müsabiqə elan edib:

“Müsabiqə ilə bağlı müvafiq elan nazirliyin saytında yerləşdirilib. Ssenarilərin təqdim olunma qaydası və formaları barədə məlumatlar qeyd edilib. Təqdim olunan bütün layihələrə baxılıb, qərar veriləcək”.

Qeyd edək ki, xalq şairi Sabir Rüstəmxanlı Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən “Difai fədailəri” əsərinə film çəkilməsi üçün Mədəniyyət Nazirliyinə müraciət etdiyini, lakin nazirliyin bu müraciətə cavab vermədiyini bildirmişdi.

Tarix
2019.04.26 / 17:13
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla