Yuxarı

"Döyüşə qızlar gedir" filmi təqdim olundu - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Döyüşə qızlar gedir" filmi təqdim olundu - Video

Millət vəkili Qənirə Paşayeva tanınmış araşdırmaçı-yazar Zemfira Məhərrəmlinin "Qarabağ müharibəsi: zərif talelər" əsəri əsasında çəkilən "Döyüşə qızlar gedir" filmin təqdimatında çıxış edib.

Kult.az xəbər verir ki, müəllifi yeni kitabı və film münasibətilə təbrik edən Qənirə Paşayeva Qarabağ müharibəsində fədakarcasına, qəhrəmanlıqla vuruşan qadınlarımızın daha çox təbliğ edilməsinin vacibliyini bildirib.

Millət vəkili Qarabağ müharibəsində qəhrəman oğullarımızla yanaşı, qəhrəman qızlarımızın da vuruşduğunu bildirib:

“Biz qəhrəman, qazi oğullarımızı təbliğ edirik, bu, belə də olmalıdır. Ancaq unutmamalıyıq ki, Vətən darda olanda istər arxa, istərsə də ön cəbhədə oğullarımızla çiyin-çiyinə döyüşən qızlarımız da vardı və gənc nəsillərimizin hərbi vətənpərvərlik ruhunda yetişməsi üçün qəhrəman oğullarımızla yanaşı, qəhrəman qızlarımızın da gənc nəsillərə tanıdılması, təbliği çox vacibdir”.

Belə filmlərin çəkilməsini təqdirəlayiq hal kimi qiymətləndirdiyini deyən millət vəkili qeyd edib ki, hələ Qarabağ yaramız sağalmayıb, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi üçün oğullarımızla yanaşı, qızlarımızın da qəhrəmanlıqları təbliğ olunmalıdır. O, Qarabağ müharibəsində fədakarcasına, qəhrəmanlıqla vuruşan qadınlarımızın gənc qızlar üçün əsl örnək olduğunu xüsusi vurğulayıb və onların gənclərə daha yaxından tanıdılması üçün KİV-lərə, televiziyalara, universitetlərə çağırış edib:

“Qarabağ müharibəsində fədakarcasına, qəhrəmanlıqla vuruşan qadınlarımız barədə reportaj, proqramların hazırlanması, onların müxtəlif verilişlərə daha çox dəvət olunması, bir sözlə, onların cəmiyyətə daha yaxından tanıdılması böyüyən gənc qızlarımız üçün çox önəmlidir”.

Tarix
2019.05.03 / 20:21
Müəllif
Kult.az
Digər xəbərlər

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla