Yuxarı

Məşhur "223-cü diviziya" haqda film təqdim edildi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur "223-cü diviziya" haqda film təqdim edildi

Mayın 3-də Azərbaycan Dillər Universitetində (ADU) “Xəzərdən Dunaya qədər” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində keçirilən tədbirlər planı çərçivəsində 9 May Qələbə gününə həsr olunan tədbir Tələbə Elmi Cəmiyyəti (TEC) və Serb dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

223-cü diviziyanın komandiri olmuş Baxış Mehdiyevin “Qırmızı bayraqlı 223-cü Belqrad diviziyası” adlı kitabının motivləri əsasında lentə alınmış sənədli film Yuqoslaviyanın azad olunması uğrunda döyüşən azərbaycanlılardan ibarət 223-cü Belqrad diviziyasından bəhs edir.

ADU-nun rektoru, akademik Kamal Abdulla gənc nəslin formalaşmasında filmin böyük əhəmiyyətinin olduğunu bildirib:

“Film son dərəcə təsirlidir. Orta və yaşlı nəsil bu filmin bədii təsirini daha yaxşı hiss edir. Ən vacib məqamlardan biri odur ki, biz tariximizin bilmədiyimiz hissələrini öyrənməyə başlayırıq. Sanki yavaş-yavaş əsl tarixdən uzaqlaşırıq, onun bədii variantını dərk və qəbul edirik. Biz Mehdi Hüseynzadəyə, Həzi Aslanova minnətdar olduğumuz kimi, adlarını bilmədiyimiz minlərlə azərbaycanlı zabitlərə də minnətdar olmalıyıq. Filmdə şəhərlərin azad olunmasını yox, həm də o zaman keçirilən sevinci gördük. Sevinirəm ki, bu cür filmlərlə tariximiz tələbələrimizin yaddaşına yazılır”.

Təqdimatda ADU-nun Elmi işlər üzrə prorektoru Sevinc Zeynalova, TEC-in sədri Zəhra Hüseynova, Serb dili və mədəniyyəti mərkəzinin direktoru Lalə Məcidova, filmin rejissoru Tahir Əliyev, “Azərnəşr”in baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov, Bakı Dövlət Universitetinin (BDU) Dünya ədəbiyyatı kafedrasının müdiri, serbşünas Cəlil Nağıyev çıxış ediblər.

Tədbir filmin müzakirəsi və sualların cavablandırılması ilə yekunlaşıb.

Tarix
2019.05.03 / 23:21
Müəllif
Kult.az
Digər xəbərlər

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla