Yuxarı

Yeni komedik serial çəkilir: nələr olacaq? - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni komedik serial çəkilir: nələr olacaq? - Foto

Komediya janrında olan “Dədə malı” adlı yeni serialın çəkilişlərinə start verilib.

Kult.az xəbər verir ki, 12 hissədən ibarət serialın rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Azər Səlimli və Elsevər Camal, prodüseri Şahin Yusifov, quruluşçu operatoru isə Mehdi Yaqubovdur.

“ARB Media Qrup”a məxsus serialın çəkilişləri Xaçmaz rayonun füsunkar təbiəti ilə seçilən Qıraqlı kəndində, Quba rayonunda, həmçinin Bakı şəhərində aparılacaq.

Tamaşaçılara bol gülüş vəd edən serialın baş rollarını məşhur aktyorlar Coşqun Viləş, Rada Nəsibova, Əzizağa Əzizov, Elsəvər Camal və başqaları canlandırır.

Ssenariyə görə, uzun müddətdir ki, Bakıda yaşayan iki oğul atalarının ölümündən sonra kəndə qayıdırlar. Xeyli borcu olan qardaşlar atalarından qalan mirası - yəni “Dədə malını” necə böləcəklərinin planını qururlar. Amma atalarının vəsiyyəti onları xeyli təəccübləndirir. Belə ki, vəsiyyətə görə, mirasın qardaşlar arasında bölünməsi üçün inanılmaz şərtlər yerinə yetirməlidir. Elə bütün macəralar da bundan sonra başlayır.

Maraqlı sujet xətti ilə fərqlənən serialda tamaşaçıları hadisələrin gözlənilməz ardıcıllığı və gülüş dolu anlar gözləyir.

Serial iyun ayından etibarən hər cümə günü, saat 21:45-də ARB televiziyasında yayımlanacaq.

Tarix
2019.05.09 / 23:24
Müəllif
Kult.az
Digər xəbərlər

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla