Yuxarı

“Çölçü” 6 yeni mükafat qazandı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Çölçü” 6 yeni mükafat qazandı

Rejissor Şamil Əliyevin “Çölçü” filmi Böyük Britaniya, Sinqapur və Hindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə altı mükafata layiq görülüb.

Mədəniyyət Nazirliyindən Kult.az-a verilən məlumata görə, “Çölçü” filmi “Falcon International Film Festival”da (iyun 2020, London) “Ən yaxşı bədii film” kateqoriyası üzrə mükafat qazanıb.

Həmçinin “Vörld Film Carnival” (may–iyun 2020, Sinqapur) və “Rosebud International Film Festival”da (yanvar-iyun 2020, Hindistan) “Çölçü”nü ən yaxşı bədii film kimi mükafatlandırıblar.

“Çölçü” filmi “Panjim International Film Festival”da (aprel–iyun 2020, Hindistan) 3 kateqoriya üzrə (ən yaxşı bədii film, ən yaxşı rejissor, ən yaxşı prodüser) mükafatlara layiq görülüb.

Müsabiqələrin nəticəsi COVİD-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatda elan olunub.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, prodüseri M.Hətəmov, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Tarix
2020.07.21 / 16:28
Müəllif
Kult.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla