Yuxarı

Bakı Media Mərkəzinin rejissoru “Qızıl mükafat” aldı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Media Mərkəzinin rejissoru “Qızıl mükafat” aldı

Türkiyənin tarixi Kapadokya bölgəsində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin rejissoru Fuad Quliyevin “My Country-Azerbaijan” (“Mənim ölkəm- Azərbaycan”) tanıtım filmi ölkə nominasiyası üzrə “Qızıl mükafat”a ("Gold Award") layiq görülüb.

Kult.az xəbər verir ki, tanıtım filmində Azərbaycanın tarixi, təbiəti, turizm imkanları, mədəniyyəti və mətbəxi tərənnüm olunur. Hər bir turist bu filmdə özü üçün doğma çalarlar da tapa bilər. Məqsəd hər kəsə onun üçün vətən deyə biləcəyi ölkənin əsas cizgilərini göstərməkdir.

Qeyd edək ki, Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin tanıtım filmləri davamlı olaraq müxtəlif beynəlxalq festivallarda geniş auditoriyaya təqdim olunub və həmin festivalların təcrübəli mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ildə Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin rejissoru Fuad Quliyevin "The Spirit of Azerbaijan - Azərbaycan ruhu" tanıtım filmi də Beynəlxalq Turizm Filmləri Festivalının xüsusi mükafatına layiq görülmüşdü. Həmin qısametrajlı reklam filmində Azərbaycan mədəniyyəti, incəsənəti və arxitekturası yüksək zövqlə tərənnüm edilir.

Beynəlxalq Turizm Filmləri Festivalında qalib gələn “Mənim ölkəm- Azərbaycan” tanıtım filmini Bakı Media Mərkəzinin rəsmi səhifəsindən izləyə bilərsiniz.

Qeyd edək ki, Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinə (CIFFT) bağlı 20 üzv ölkədə 30 ildir keçirilən Beynəlxalq Turizm Filmləri Festivalı bu il Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə reallaşır. Builki festivalda 18 ölkədən 45-ə yaxın rejissor və turizm mütəxəssisi iştirak edir. Pandemiya şəraitinə görə xüsusi qaydalarla keçirilən festivalda film nümayişləri sentyabrın 16-18-də Nevşehir Qalasında açıq havada baş tutub.

Tarix
2020.09.19 / 13:16
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla