Yuxarı

"Sonsuz Dəhliz" "Amazon Praym"da yerləşdirildi - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sonsuz Dəhliz" "Amazon Praym"da yerləşdirildi - Video

"Amazon Praym" (Amazon Prime) Dağlıq Qarabağ münaqişəsindən bəhs edən, mükafat qazanan yeganə uzunmetrajlı "Sonsuz Dəhliz" sənədli filmini tamaşaçılarına təqdim edib.

Kult.az xəbər verir ki, sənədli filmin platformaya daxil edilməsi, bu təsirli hekayənin kinematoqrafiyasına, həmçinin bu gün bölgədə döyüşlərin davam etdiyi vaxtda qlobal tamaşaçı üçün əhəmiyyətinə dəlalət edir. Sənədli filmin bu qədər geniş izləyici auditoriyasına çatmasını təmin etmək bir çoxlarına Dağlıq Qarabağ münaqişəsinin tarixini və insan dəyərlərini daha yaxşı anlamağa imkan verəcək.

Qeyd edək ki, Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz" sənədli filmində hadisələr faciə şahidlərinin litvalı jurnalist Riçard Lapaitislə söhbəti ilə təqdim olunur. Filmin çəkilişləri 5 il davam edib. “Sonsuz dəhliz" filmi 2015-ci ildə Tenerife Beynəlxalq Film Festivalında "Ən Yaxşı Sənədli film", rejisdor Aleksandras Brokas isə “Ən Yaxşı Sənədli Film Rejissoru” mükafatlarını, eyni il Accolade Humanitar Mükafatlarında "Ən yaxşı Uğur" mükafatını alıb.

Oskar mükafatlı aktyor Ceremi İronsun rol aldığı filmi "Emmy" mükafatı laureatı Gerald Rafşun istehsal edib.

Filmin prodüseri və rejissoru Aleksandras Brokas, son gərginləşmə və münaqişənin başlaması ilə əlaqədar olaraq filmin bugünkü aktuallığını şərh edib: "Bu müharibə həm döyüş meydanında, həm də informasiya sahəsində aparılır. Saxta xəbərlər medianı bürüdüyü üçün beynəlxalq, təcrübəli və müstəqil jurnalistlərin həm təcavüzkarların, həm də qurbanların perspektivlərini göstərdikləri bizim kimi geniş miqyaslı araşdırma sənədli film hazırlanması aktual hadisələrə dəqiq baxış üçün vacibdir".

"Sonsuz Dəhliz" filmi 2015-ci ildə beynəlxalq debüt edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət" məlumatlandırma kampaniyası ilə birlikdə təbliğ edilib. Xatırladaq ki, Avropa Azərbaycan Cəmiyyəti bu məlumatlandırma kampaniyasını geniş dəstəkləyib.

Qeyd edək ki, "Amazon" yalnız ABŞ və Böyük Britaniyada 110 milyondan çox üzvü olan dünyanın ən böyük onlayn pərakəndəçisidir.

Filmin linkləri:

US: https://www.amazon.com/Endless-Corridor-Aleksandras-Brokas/dp/B01H0X6ZVC

UK: https://www.amazon.co.uk/dp/B08MCSTSSM

Tarix
2020.11.06 / 15:47
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla