Yuxarı

"Dərdimi çəkirəm" sərhədləri aşır

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Dərdimi çəkirəm" sərhədləri aşır

Kinorejissor Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən “Dərdimi çəkirəm” filmi 16-cı Tehran Beynəlxalq Film Festivalının əsas müsabiqəsində iştirak edir.

Kult.az xəbər verir ki, filmin bu festivalda iştirakını Azərbaycanın informasiya savaşındakı ardıcıl uğurlarının məntiqi davamı kimi qiymətləndirmək olar. Xocalı faciəsinin ağrı-acılarını, erməni vəhşiliyinin miqyasını özündə ehtiva edən sənət əsərinin dünya ölkələrinə aid filmlərlə birgə nümayişi, təbliğat baxımından olduqca əhəmiyyətlidir. İlk dəfə olaraq Xocalı hadisələrinə həsr olunmuş hansısa əsər belə nüfuzlu irimiqyaslı beynəlxalq festivalda nümayiş etdirilir.

«Resistance» Beynəlxalq Film Festivalı İranın ən nüfuzlu beynəlxalq festivallarından biri hesab olunur. Qeyd edək ki, 16-cı Tehran Beynəlxalq Film Festivalına bu il 3700-dən çox müxtəlif janrda film təqdim olunub və onlardan yalnız 145-i iştirak hüququ qazanıb.

Festivalın birinci hissəsi sentyabrın 27-də baş tutub. İkinci mərhələ isə 21-27 noyabr aralığında həyata keçirilir. Festivalda əsasən İran, Hindistan, ABŞ, Türkiyə, Braziliya, İspaniya, İngiltərə, İtaliya, Fransa, Argentina, Meksika, Rusiya, İndoneziya, Azərbaycan, Gürcüstan, Yaponiya və digər ölkələrin filmləri nümayiş etdirilir.

“Dərdimi çəkirəm” filmi Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasına dəstək olaraq çəkilib.

Tarix
2020.11.24 / 17:14
Müəllif
Kult.az
Digər xəbərlər

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla