Yuxarı

Vətən müharibəsindən bəhs edən filmlər çəkiləcək

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətən müharibəsindən bəhs edən filmlər çəkiləcək

Yaxın gələcəkdə Azərbaycanın Vətən Müharibəsində tarixi qələbəsinə həsr olunmuş "Böyük qayıdış" qısametrajlı bədii, sənədli və animasiya filmlərinin layihələri üzrə müsabiqəsi elan ediləcək.

Kult.az xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənov bildirib.

R.Həsənov qeyd edib ki, bu təşəbbüs çərçivəsində kifayət qədər geniş mövzunu əhatə etmək planlaşdırılır:

"Əlbəttə ki, "Böyük qayıdış" ilk növbədə Azərbaycanın 44 günlük Vətən Müharibəsi dövründəki parlaq qələbəsi ilə əlaqələndirilir, lakin gələcək film layihələri sırf hərbi mövzularla məhdudlaşdırılmaya da bilər. Çünki Qarabağın uzun illər erməni işğalından sonra geri qayıtması həm mədəniyyətimizin, ruhumuzun qaytarılması, həm də sadə insan talelərindən bəhs etmək fürsətidir".

"Böyük qayıdış" layihəsi çərçivəsində on əsər seçiləcək. Onun sözlərinə görə, müsabiqə yerli film sənayesinin istehsalına yeni bir yanaşmanı tələb edir:

"Ölkədəki mövcud film istehsalı sistemi arxaikdir və prinsipcə yeni bir yanaşmaya ehtiyac duyduğu üçün müasir layihə seçimi sisteminin tətbiqi də daxil olmaqla bir sıra islahatlar üzərində işləyirik".

Şöbə rəhbəri bildirib ki, bu sistem çərçivəsində prodüser bir ssenari deyil, müəyyən bir yaradıcı kompozisiya, konspekt, büdcə planı və s. ilə bitmiş bir film layihəsi təqdim edəcəkdir.

R. Həsənov əlavə edib ki, dövlətin dəstə ilə həyata keçiriləcək Qarabağ müharibəsi ilə bağlı bir sıra bədii, sənədli film layihələri hazırlama və reallaşdırma mərhələsindədir.

Tarix
2021.01.07 / 00:42
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla