Yuxarı

Qarabağla bağlı film ölkəmizdə nümayiş olundu - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağla bağlı film ölkəmizdə nümayiş olundu - Video

Qazaxıstanlı rejissorların 44 günlük Vətən müharibəsinə həsr olunan filmi CBC televiziya kanalı ilə yayımlanıb.

Kult.az xəbər verir ki, “Qarabağ – geri dönən xoşbəxtliyim” filmi bu ölkədə Qarabağ münaqişəsinin tarixində konfliktin səbəbləri, gedişi və nəticələri barədə qazax və rus dillərində qazaxıstanlı rejissorlar tərəfindən çəkilən ilk belə əhatəli sənədli filmdir.

Ekran işinin süjet xətti öz ardıcıllığı və dinamikası ilə seçilir, münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dəqiq və dolğun məlumatlarla zəngindir. Filmdə Qarabağın azadlığının rəmzi olan “Xarı bülbül” haqda ətraflı məlumat verilib.

Qazaxıstanlı jurnalist Almas Altayın müəllifi olduğu film qazaxıstanlı politoloqlar, jurnalist və bloqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərini ziyarətləri zamanı çəkilən, müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında lentə alınıb.

Qeyd edək ki, 10 nəfərlik nümayəndə heyətinin ölkəmizə səfəri Qazaxıstanın Almatı şəhərindəki Azərbaycan icmasının dəstəyi ilə Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunub. Bundan əvvəl filmin təqdimatı Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində keçirilib.

Tarix
2021.01.12 / 20:32
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla