Yuxarı

Mustafayev getdi, bu hind serialının yayımı dayandırıldı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mustafayev getdi, bu hind serialının yayımı dayandırıldı

"Speys" televiziyasının efirində nümayiş olunan və yayımı qalmaqallara səbəb olan "Amaci" (“Bu zalım dünyada doğulma”) serialının yayımı dayandırılıb.

Kult.az Report-a istinadən xəbər verir ki, serialın yayımının dayandırılması ilə bağlı qərar Vaqif Mustafayevin telekanalın rəhbəri postundan getməsindən sonra verilib.

Məlumata görə, serialın yayımı hələ Vətən müharibəsi dövründə cəmiyyətdə çoxsaylı tənqidlər səbəb olmuşdu. Onun efirdən yığışdırılmasında bu amilin xüsusi rolu olub.

Qeyd edək ki, Hindistan istehsalı olan məşhur serial 2009-cu ildə lentə alınıb. Serialın 2012-ci ildən Azərbaycan teleməkanında nümayişinə başlanılsa da, bir müddət yarımçıq qalıb. Daha sonra ölkədə əcnəbi serialların yayımına qadağa qoyulub.

2020-ci ilin avqust ayında Milli Televiziya və Radio Şurasının qərarına əsasən, ölkədə fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımı bərpa olunub. Beləliklə, "Amaci" yenidən efirə qayıtsa da, o, bu dəfə də sonacan nümayiş oluna bilməyib.

Xatırladaq ki, bir neçə gün öncə Vaqif Mustafayev "Speys" televiziya kanalının rəhbəri vəzifəsindən çıxarılıb. O, 2006 - 2021-ci illərdə bu vəzifəni icra edib.

Tarix
2021.02.09 / 12:10
Müəllif
Kult.az
Digər xəbərlər

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla