Yuxarı

Los-Ancelesdə Xocalı soyqrımına dair film hazırlandı - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Los-Ancelesdə Xocalı soyqrımına dair film hazırlandı - Video

Son illərdə sosial şəbəkələrin sürətli inkişafını və təbliğat işində qısa və məzmunlu filmlərin effektivliyini nəzərə alaraq, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən Azərbaycana dair 2019-cu ildən başlayaraq, bir sıra mövzularda ingilis dilində 20 qısa film hazırlanaraq yayılıb. Xüsusilə, Baş Konsulluq tərəfindən Vətən Müharibəsi dövründə hazırlanan, Ermənistanın cinayətlərini göstərən qısa filmlər geniş yayılaraq böyük sayda izlənilmişdi. Bu səpkidə Baş Konsulluq tərəfindən hazırlanan sonuncu film Xocalı soyqırımına həsr olunub.

Baş Konsulluqdan Kult.az-a verilən məlumata görə, filmdə 26 fevral 1992-ci il tarixində Ermənistan qoşunlarının Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaq, qadın və qocalar da daxil olmaqla 613 dinc sakini qətlə yetirdiyi vurğulanır.

Videoda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamını etiraf edən müsahibəsindən sitat gətirilir. Həmin qətliamı törədənlərdən biri, Kaliforniyadan olan erməni terrorçu Monte Melkonyanın qardaşının yazdığı kitaba da istinad edilərək, erməni cəlladlarının qəddar əməlləri təqdim olunur.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, etnik təmizləmə apardığı və 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. BMT Təhlükəsizlik Şurasının (TŞ) 1993-cü ildə sözügedən işğalı pislədiyi qeyd olunaraq, həmin dövrdə TŞ-də sədrlik edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, sonradan ABŞ dövlət katibi olmuş Madlen Olbraytın TŞ-nin iclasında verdiyi bəyanatın video-yazısından çıxarış təqdim olunur. Qeyd edək ki, sözügedən video-yazı BMT arxivlərindən Baş Konsulluq tərəfindən üzə çıxarılaraq, hələ ötən ilin sentyabrında ayrıca yayılmışdı. Video-yazıda M.Olbrayt bütün TŞ adından çıxış edərək, işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb etmişdi.

Sonra bu günədək 17 ölkənin və ABŞ-ın 20-dən çox ştatının Xocalı soyqırımını pislədiyi bildirilir.

2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi və öz ərazi bütövlüyünü bərpa etdiyi vurğulanır. Xocalıda olduğu kimi Vətən Müharibəsi dövründə də Ermənistanın dinc sakinləri hədəf aldığı və nəticədə uşaqlar da daxil olmaqla çoxlu sayda mülki azərbaycanlının qətlə yetirildiyi və yaralandığı diqqətə çatdırılır. Videoda həm Xocalı soyqırımını, həm də son müharibə cinayətlərini törədənlərin hələ də cəzasız qaldıqları qeyd olunur.

Film müvafiq ölkələrdəki Səfirliklərimiz tərəfindən alman, alban, ispan, çin, fars, türk, yunan və digər dillərə də tərcümə olunub. Film sosial şəbəkələrdə geniş şəkildə yayılmaqdadır.

Tarix
2021.02.25 / 11:11
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Zelenski Qəbələdən paylaşım etdi - Foto

Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda keçirilsin

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi

Həm Azərbaycanda, həm də Ukraynada... - Prezident

SOCAR Ukraynada uzun illərdir ki... - Prezident

2022-ci ilin yanvarında Kiyevdə apardığımız fikir mübadiləsi...

Zelenski Qəbələdə: Əliyevlə təkbətək görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla