Yuxarı

ABŞ-da yaşayan 85 yaşlı məşhur azərbaycanlı aktyor…

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran kino tarixinin ən tanınmış siması, azərbaycanlı aktyor Behruz Vüsuqinin doğum günüdür.

Kult.az xəbər verir ki, o, 11 mart 1938-ci ildə Güney Azərbaycanın Xoy şəhərində anadan olub.

Onlarla filmin baş rolunu ifa edən Bəhruz Vüsuqi daha çox 1969-cu ildə çəkilən "Qeysər" filmindəki rolu ilə tanınır. Filmin ekranlaşdırılmasından sonra İran tarixində ən çox satılan filmlərdən biri olub.

Bəhruz Vüsuqinin filmdəki saç düzümü və geyim tərzi İranda gənclər arasında "Qeysər" adı ilə dəbə çevrilib və 1979-cu il inqilabına kimi davam edib.

Azərbaycanlı aktyor 2000-ci ildə San Fransisko film Festivalında İran kinemotoqrafiyasına verdiyi töhfələrə görə "Akira Kurosava" mükafatına layiq görülüb.

Behruz Vüsuqi 1979-cu il inqilabından sonra Amerikaya mühacirət etməyə məcbur olub və hazırda orada yaşayır.

O, 1975-ci ildə əslən azərbaycanlı, tanınmış müğənni və aktrisa olan Ququşla ailə həyatı qursa da, bu evlilik çox çəkməyib. Cütlük 1976-cı ildə evliliklərini sonlandırıb. Amerikaya köçdükdən sonra burada ikinci dəfə ailə həyatı quran Bəhruz Vüsuqinin bu evlilikdən 2 övladı var.

Vüsuqi İranda baş verən hadisələr, siyasi proseslərlə maraqlanan və daima münasibət bildirən sənət adamlarından biri kimi çox zaman rejimin hədəfində olub. İranın onlarla şəhərində başlayan son etiraz aksiyaları zamanı Behruz Vüsuqi mətbuat konfransı keçirərək etirazçılarla həmrəy olduğunu bildirib.

"Əziz həmvətənlərim, bu gün Tehran rejiminin zülmünü dünyaya car çəkdiyiniz və beynəxalq ictimaiyyətin diqqətini hakimiyyətin cinayətlərinə cəlb etdiyiniz üçün sizin qarşınızda baş əyir, həmrəy olduğumu və əlimdən gələn dəstəyi verəcəyimi bildirirəm", - Behruz Vüsuqi bildirib.

Tarix
2023.03.11 / 17:48
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla