Yuxarı

Heydər Əliyevə həsr olunan filmin nümayişi başladı - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyevə həsr olunan filmin nümayişi başladı - Video

İctimai Televiziya Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 3 seriyalı film hazırlayıb.

Kult.az xəbər verir ki, “Qrossmeyster” adlı film 3 hissədən ibarətdir: I hissə "Debüt", II hissə "Mittelşpil", III hissə "Endşpil" adlanır.

Heydər Əliyevin Azərbaycan tarixində oynadığı mühüm roldan, həyata keçirdiyi genişmiqyaslı işlərdən, layihələrdən bəhs olunan filmin I hissəsində Ulu Öndərin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə cərəyan edən mühüm hadisələr əks olunur. Eyni zamanda, tarixə ekskurs edilərək, ermənilərin Qarabağı Azərbaycandan qoparmaq cəhdlərinin qarşısının Heydər Əliyev tərəfindən necə alınması, Azərbaycan ziyalı təbəqəsinin repressiyalardan necə qorunması göstərilir. Həmçinin, Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyi ilə münasibətləri, bu münasibətlərdən istifadə edərək, ölkəmizin sənayeləşməsi, inkişaf etdirilməsi istiqamətində atdığı mühüm addımlardan bəhs edilir.

Filmin II hissəsi Heydər Əliyevin SSRİ rəhbərliyində təmsil olunduğu dövrü əhatə edir. Həmin dövrdə Ulu Öndərin Azərbaycan üçün gördüyü işlərdən, Ümumittifaq miqyaslı layihələrdə, Baykal-Amur magistralının tikintisində rolundan, İttifaq dövlətlərinin, xaricdəki sosialist respublikaların inkişafına verdiyi töhfələrdən bəhs olunur. Eyni zamanda, Heydər Əliyev və Mixail Qorbaçov arasında münasibətlərdən, Sovet İttifaqının dağılması prosesindən danışılır.

Filmin III hissəsi isə Azərbaycanın müstəqilliyinin bərpası dövrünə aiddir ki, burada Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması, onun qətiyyətli siyasi fəaliyyəti, üzləşdiyi çətinliklər, erməni təcavüzünün qarşısının alınması və Respublikaya rəhbərlik etməyə başlaması reallıqlarından bəhs edilir.

Filmdə Heydər Əliyevin siyasi fəaliyyəti ilə şahmat partiyası arasında analogiya aparılır. Qeyd olunur ki, bütün bunlar Ulu Öndərin böyük bir şahmat partiyası idi və bu partiyanı dahi şəxsiyyət Heydər Əliyev sonradan həyatda olmasa da, onun siyasi varisi, Prezident İlham Əliyev qalibiyyətlə başa vurdu.

Qeyd edək ki, "Qrossmeyster" sənədli filminin ilk hissəsi mayın 8-də artıq nümayiş etdirilib. Mayın 9-da filmin ll hissəsi saat 20:40-da, mayın 10-da isə I və II seriyaların təkrarı saat 18:35-də, III hissə isə saat 20:35-də İctimai Televiziyanın efirində nümayiş etdiriləcək.

Tarix
2023.05.09 / 11:43
Müəllif
Kult.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla