Yuxarı

Faiq Ağayev: Filmi sildirdik, əcəb elədik!

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faiq Ağayev: Filmi sildirdik, əcəb elədik!

Xalq artisti Faiq Ağayev Şövkət Ələkbərovanın ifasında Cahangir Cahangirovun “Füzuli” kantatasının “Terzi” serialında səsləndirilməsinə görə Azərbaycanın “Mikpro” şirkətinin şikayəti əsasında əsərin səsləndiyi seriyaların “Neftliks”dən silinməsinə münasibət bildirib.

Kult.az xəbər verir ki, sənətçi kantatanın icazəsiz istifadə edildiyi seriyaların “Neftliks”dən silinməsini dəstəklədiyini bildirib.

“Əcəb etmişik. Onillilərdir (türkiyəli sənətçilər) yüzlərlə əsərimizi “anonim” kimi qeyd edib, geninə-boluna ciblərini doldurublar. İndi də hüquqi həll təklif olunsa belə, saymazlıqdan gəldilər. Öz dilləriylə desək, “küçümsədilər” bizi. Nə vaxta kimi mədəniyyətimizi özgələrə yem edəcəyik?

Üstəgəl, bu əsər bütün musiqi platformalarında - “Spotify”dan tutmuş “Yandeks Myuzik”ə qədər var. Hüquqları da qorunur”.

Qeyd edək ki, “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camal musiqinin misilsiz təbliğat olduğunu nəzərə alaraq, güzəştə gedilməsi gərəkdiyini təklif etmiş və bu seriyaların “Neftliks”dən silinməsinə qarşı olduğunu bildirmişdi.

Tarix
2023.05.25 / 15:53
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla