Yuxarı

Türkan Şorayla görüşdə mediaya qadağa - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkan Şorayla görüşdə mediaya qadağa - Foto

Xəbər verdiyimiz kimi, bu gün BDU-da məşhur türk aktrisası Türkan Şorayla görüş keçirilib.

Axar.az xəbər verir ki, Türkan Şoray BDU-nun akt zalında baş tutan görüşdə tələbələrin suallarını cavablandırıb. Tələbələrin türk sinemasının sultanı Türkan Şorayla qısa söhbətini təqdim edirik:

- Türkan xanım, qızınız Yağmur Ünalın da sizin kimi böyük bir aktrisa olmasını istərdinizmi?

- Əlbəttə, əgər onun istəyi varsa, niyə də olmasın? Düşünürəm ki, o, "Uzaqlarda axtarma" filmi ilə bu addımı atdı.

- Akt zalına bu qədər insan gəlib. Siz bu sevgini qazanmaq üçün nələr etmisiniz?

- Məni sizə 50 ildir xidmət etdiyim kino sənəti sevdirib. Hər şeyə görə öz sənətimə borcluyam...

- Bəs, Azərbaycanda filmə çəkilmək və ya film çəkmək fikriniz varmı?

- Əslində, Azərbaycanda film çəkməyi çox istəyərəm. Biz bunu vaxtilə etmişdik. 1975-ci ildə Azərbaycanda sovet hökuməti olan vaxt bir Türkiyə-Azərbaycan ortaq filmi çəkilmişdi. Filmin rejissoru Əjdər İbrahimov idi. O, çox sevdiyim rejissordur. Onun vəfatına çox üzüldüm. Amma o film müəyyən səbəblərdən ekrana çıxmadı. İndi olsa, yenidən Azərbaycanda bir filmə çəkilmək istəyərəm.

Qeyd edək ki, görüş zamanı media nümayəndələrinin türk sənətinin canlı korifeylərindən olan Türkan Şoraya sual ünvanlamasına imkan verilməyib.

Tarix
2015.12.10 / 15:21
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla