Yuxarı

Şvartseneggerdən şok: Atam Leninqradda döyüşüb

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şvartseneggerdən şok: Atam Leninqradda döyüşüb

Məşhur Hollivud aktyoru Arnold Şvartsenegger atasının nasist olduğunu və Leninqradın blokadasında iştirak etdiyini etiraf edib.

Kult.az xəbər verir ki, bu barədə aktyor "Netfliks"in yeni "Arnold" sənədli filmində bildirib.

75 yaşlı Şvartsenegger Avstriyanın kiçik Tal kəndində qardaşı Meinhardla birlikdə böyüdüyünü söyləyib:

“Bizim tərbiyəmiz çox çətin olub. Evdə çox zorakılıq olub. Valideynlərimiz bizi döyürdülər”.

Arnold anası Ana Aureliyanın "təmizlik fanatiki", atası Qustavın da II Dünya müharibəsi zamanı nasist funksioneri olduğunu bildirib. Vermaxtda xidmət edib və Leninqrad yaxınlığındakı cəbhədə yaralanıb:

"Digər nasist əsgərlər kimi o da müharibədən sınıq-salxaq qayıdıb. Ola bilsin ki, o, travma sonrası stress pozğunluğundan və depressiyadan əziyyət çəkirdi".

Onun sözlərinə görə, ata uşaqları kəmərlə döyür və tez-tez açıq şəkildə şizofrenik davranış nümayiş etdirirdi.
Uşaqlıqda qardaşlar evə kimin qayıdacağını bilmirdilər: “yaxşı ata”, yoxsa “sərxoş ata”.

Tarix
2023.06.09 / 23:40
Müəllif
Kult.az
Digər xəbərlər

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla