Yuxarı

“Orada məni tövləyə salırlar, sonda isə...” - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Orada məni tövləyə salırlar, sonda isə...” - Video

Axar.az-ın "Rol yoldaşı" layihəsinin budəfəki qonağı əməkdar artist Hüsniyyə Mürvətovadır. O, "Qırmızı qar" filmində tərəf-müqabili olduğu mərhum aktyor Ələsgər Məmmədoğlu ilə bağlı xatirələrini bölüşür:

"Biz Ələsgər Məmmədoğlu ilə 1998-ci ildə çəkilən "Qırmızı qar" filmində tərəf-müqabili olmuşuq. O, həmin filmdə erməni rolunda çəkilmişdi. Orada məni tutub tövləyə salırlar, sonda isə mən onu öldürürəm.

Ələsgər müəllim həmin filmdə mənfi rolu canlandırmışdı. Ancaq özü o qədər gözəl insan, gözəl aktyor idi ki... O mənim xatirəmdə sadə, səmimi bir insan kimi qalıb. Pərdə arxası bizim səmimi söhbətlərimiz olurdu. Həmin filmə çəkiləndə çox gənc idim, baş rolu oynayırdım. Mənə bəzi məsləhətlər verirdi ki, belə etsən, daha yaxşı olar.

Onun Azərbaycan üçün bənzərsiz, maraqlı siması vardı. Ələsgər müəllim gözəl xarakter, obrazlar yarada bilərdi, onun da rol aldığı maraqlı filmlər çəkilə bilərdi. Bildiyiniz kimi, ona "Azərbaycanın Çelentanosu" deyirdilər. Düşünürəm ki, rejissorlar ondan az istifadə etdi. Kiçik obrazlarla da yaddaşlara həkk olundu. Çünki onun siması o qədər maraqlı idi ki, bircə baxıb gülməyi ilə tamaşaçının yadında qalırdı.

Ələsgər Məmmədoğlu mənim yaddaşımda gözəl aktyor, səmimi insan kimi qalıb, daim də qalacaq".

Tarix
2015.12.25 / 09:28
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla