Yuxarı

Kino “ad gününü” sönük qarşılayır: səbəbi… - Rejissor

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kino ictimaiyəti bu günü hər zaman səbirsizliklə gözləyir. Amma bu il elə də bayram ab-havası yoxdu.

Bu sözləri Kult.az-a rejissor Rövşən Aydınoğlu 2 Avqust Kino Günü ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, əvvəlki qələbəliyə indi anlaşılmayan səssizlik əvəz edib:

“Avqustun 2-də, adətən, kino premyeraları olardı. Bu il bir neçə tədbir və mükafatlandırma mərasimi ilə kifayətləniblər. Çünki geniş ekranda təqdim etməyə bədii filmlərimiz yoxdur. İki ildir film çəkilmir və istehsalat dayanıb. Kino camiəsi gözünü yeni yaradılan Kino Agentliyinə dikib. Onun isə rəhbəri yoxdur. Kino sahəsində durğunluq yaranıb. Maliyyə ayrılmadığından əsas kino məhsullarının istehsalçısı olan “Azərbaycanfilm” kinostudiyasının da işi dayanıb.”

Rejissorun sözlərinə görə, kino ilə bağlı nəzəri cəhətdən hər şey idealdır. Qanunlar mükəmməl şəkildə hazırlanıb. Praktik həllinə gəlincə, ziddiyətli məqamlar təəccüb doğurur:

“ARKA-nın (Kino Agentliyi) rəhbəri təyin olunmayıb, amma qurum müsabiqə elan edib. Müsabiqənin şərtləri də anlaşılan deyil. Şərtlərə görə, müsabiqədə tammetrajlı bədii film istehsal etmiş müstəqil studiyalar iştirak edə bilər. Azərbaycan reallığında nə qədər belə müstəqil studiya, mərkəz var ki? “Azərbaycanfilm” və digər dövlət studiyaları iştirak edə bilməz. Nə məqsədlə belə şərtlər qoyulub, anlamıram. 2022-ci ildə Qarabağ mövzusunda və bu il “Start-2023” adı ilə “Azərbaycanfilm” kinostudiyası ssenari müsabiqəsi keçirdi. Pul mükafatı verilmədi və qaliblər film çəkməli idi. Lakin maliyyə ayrılmadığı üçün bu da reallaşmamış qalıb”.

R.Aydınoğlunun sözlərinə görə, kino sahəsində istedadlı insanlar çoxdur. Lakin onların üzə çıxması ssenari müsabiqələrində iştirakla bitmiş hesab olunur:

“Hazırda müstəqil prodüsser mərkəzləri və özəl şirkətlərin işi də qaneedici sayılmaz. Kino çəkilməsi üçün maliyyə qaynağı dövlətin ayırdığı büdcə hesabına reallaşır. Qeyd etdiyim kimi, iki ildir bu pulların hara ayrıldığını və nəyə xərcləndiyini bilmirəm. Mən bir neçə dəfə bu müsabiqələrdə iştirak etmişəm və qalib gələn layihələrim də olub. Lakin hələ də gözləyirəm. Mənim kimi onlarla belə rejissor var, hələ də gözləyir ki, nə vaxt film çəkməyə pul ayrılacaq. Yaxud imkan yaradılacaq”.

O, hesab edir ki, iki il əzində Azərbaycan kinosu çox şey itirib:

“Milli filmlər cəkilmir və bununla da dünyanın ən qabaqcıl film festivallarında iştirak imkanlarımız məhdudlaşır. Hansı ki, kino vasitəsi ilə ölkəmizi dünyada daha da yaxşı tanıda bilərik. Bizim rejissorların istedadı Hollivudda da çalışmağa imkan verir. Kann, Berlin, Venesiya kimi nufuzlu festivallarda təmsil olunmağımız heç də nağıl deyil. Yetər ki, bu sahəni həqiqətən inkişaf etdirməyə imkan yaradılsın”.

O qeyd edib ki, kinoda islahatlar aparılması yaxşı haldır, lakin keçid dövründə bu islahatlar tədricən tətbiq olunmalıdır:

“Bu islahatlar kino istehsalına sarsıdıcı zərbə vurmamalıdır. Köhnə strukturu dağıdıb, əvəzində yenisini qurmasalar, necə olacaq? Axı heç kim dəqiq deyə bilməz ki, yeni struktur müsbət nəticə verəcək. Yaxşı olardı ki, Mədəniyyət Nazirliyi, ARKA-nın fəaliyyəti tam işə düşənə kimi, paralel olaraq əvvəlki struktur vasitəsi ilə kino istehsalını bərpa etsin. “Azərbaycanfilm” kinostudiyası muzeyə çevrilməsin. Yarımçıq qalmış filmlər və qalib gəlmiş layihələr üçün maliyyə ayrılsın. Bəlkə, bu yolla Azərbaycan kinosunu xilas etmək olar.

Təəssüf edirəm ki, biz Kino Günündə yeni filmləri, sənət formalarını, aktyor oyununu, rejissor tapıntılarını deyil, pul, srtuktur və bu kimi yaradıcılığa aid olmayan məsələləri müzakirə etməyə məcbur oluruq”.

Tarix
2023.08.02 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla