Yuxarı

Senatorlar Şuşa və Xankəndidə - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Senatorlar Şuşa və Xankəndidə - Foto

Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində sentyabrın 27-də Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Xankəndiyə çatan senatorlar saat 12-də burada Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Oradan Şuşaya gələn Çili parlamentarilərini Şəhər Meydanında Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşları qarşılayıblar.

Şuşa ilə tanışlıq Şəhər Meydanından başlayıb. Senatorlara burada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.

Sonra qonaqlar Yuxarı Gövhərağa məscidi ilə tanış olublar, Şuşanın Qala divarlarını seyr ediblər, İsa bulağına baş çəkiblər, Cıdır düzünə qalxıblar.

Cıdır düzünə gələn qonaqlara Cıdır düzünün tarixi əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərlərinin sıldırım qayalarla bu əraziyə qalxaraq canları və qanları bahasına Şuşanı işğadan azad etmələri barədə məlumat verilib.

Bildirilib ki, bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Çili senatorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərləri çərçivəsində Şuşadan sonra Xankəndi şəhərinə gəliblər.

Senatorları burada Xankəndi Şəhər Bərpa-Tikinti-İdarəetmə xidmətinin əməkdaşları qarşılayıblar. Qonaqlar Xankəndidə Zəfər meydanını gəziblər, şəhərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.

Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qaytarılır. İndiyədək 50 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdaraq, orada yaşayır, işləyir və təhsil alır

Senatorlar burada şəhid anaları ilə söhbət ediblər.

Qonaqlar onları müşayiət edən media nümayəndələrinə müsahibələr veriblər.

Tarix
2025.09.27 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla