Yuxarı

Prezident Qordan Yandrokoviçi qəbul etdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Qordan Yandrokoviçi qəbul etdi - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Xorvatiya parlamentinin sədri Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, paytaxt Bakının gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.

Qordan Yandrokoviç Prezident İlham Əliyevi Azərbaycan dövləti və xalqı naminə gördüyü işlərə və xidmətlərinə görə təbrik etdi. Qonaq, həmçinin Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində əldə edilmiş nəticələr münasibətilə də təbriklərini çatdırdı.

Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Qordan Yandrokoviç parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi üçün imkanların mövcud olduğunu vurğuladı. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edən qonaq dostluq qrupları ilə yanaşı, müxtəlif parlament komitələri arasında da əməkdaşlığın vacibliyinə toxundu.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi.

Xorvatiyanın Azərbaycanın Avropa Birliyi və NATO ilə əlaqələrinin inkişafını daim dəstəkləməsi vurğulandı.

Görüşdə ikitərəfli münasibətlərin dostluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyi bildirildi, enerji, sərmayələr, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu diqqətə çatdırıldı, ölkələrimizin beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu.

Tarix
2025.10.08 / 12:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla