Yuxarı

Arazdəyən-Sədərək ərazisi də açılmalıdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arazdəyən-Sədərək ərazisi də açılmalıdır

Yolun Arazdəyən-Sədərək hissəsi də açılmalıdır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bu, regionda infrastrukturun açılmasının üzvi davamı və ya başlanğıcı olmalıdır. Elə bir məntiq yoxdur ki, Ermənistanın cənubundan keçən dəmir yolu işləsin, amma Naxçıvan ərazisindən keçən dəmir yolu işləməsin”, - o bildirib.

Mirzoyanın sözlərinə görə, əgər həmin hissə açılmasa, kommunikasiyanın açılması mənasız olacaq və işləməyəcək:

“Gözlənilən budur ki, bu proses eyni vaxtda və paralel şəkildə həyata keçirilsin”.

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında əldə edilmiş Vaşinqton razılaşmaları ilə kommunikasiyaların genişmiqyaslı şəkildə açılması baş verəcək:

“Ermənistan 30 ildən artıq müddət ərzində blokada şəraitində olub, indi isə iki ölkə razılaşıblar ki, əgər lazım gələrsə, yeni infrastruktur tikərək qarşılıqlı nəqliyyat əlaqələrini bərpa etsinlər”, - o bildirib.

Mirzoyanın fikrincə, mövzu bəzən dar çərçivədə təqdim olunur və yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yolun açılması ilə məhdudlaşdırılır, amma böyük açılım istiqamətindəki səylər, razılaşdırılmış prinsiplər bu məsələni də özündə ehtiva edir:

“Bundan əlavə, həmin əlaqəni təmin edəcək infrastruktur Ermənistan tərəfindən də eyni qaydada istismar olunacaq və istifadə ediləcək”.

Tarix
2025.10.27 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla