Yuxarı

Bakı və Ankara arasında siyasi məsləhətləşmələr keçirildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Ankara arasında siyasi məsləhətləşmələr keçirildi

Bakıda oktyabrın 27-də Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, siyasi məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyə nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci rəhbərlik edib.

Qeyd olunub ki, bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci ilə görüşüb. Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrinin təcəssümü olduğu bildirilib. Liderlərin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin vacibliyi vurğulanıb.

Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də ailə hesab olunan Türk Dövlətləri Təşkilatında birgə səylərinin təqdirəlayiq olduğu vurğulanıb, bu il Qəbələdə keçirilmiş sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

C.Bayramov Türkiyə XİN başçısının müavinini Azərbaycan-Ermənistan normallaşma prosesi və onun müxtəlif aspektləri, Vaşinqton sammitindən irəli gələn məsələlər barədə ətraflı məlumatlandırıb.

Yaxın Şərqdə, Qəzza bölgəsində, Suriyada və Afrika ölkələrində mövcud səylər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.10.27 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla