Yuxarı

Bayramovun səfəri: rus ekspertlər “hücuma” hazırlaşır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramovun səfəri: rus ekspertlər “hücuma” hazırlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyanın Qırğızıstana, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun isə Ukraynaya səfəri başlayıb. Bu iki səfər arasında birbaşa əlaqə olmasa da, hər iki istiqamətdə Rusiyanın siyasi və ekspert çevrələrinin növbəti hücumlarını müşahidə edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Ermənistan lideri Qırğzıstanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. Paşinyan hesab edir ki, qurum iflic vəziyyətdədir, hətta təşkilatı Kollektiv Təhülkəsizlik Müqaviləsinə Təşkilatına bənzədib. Çünki Rusiya Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşı olan Ermənistandan məhsulların ixracına qadağalar qoyub. Kreml bu yolla Qərblə yaxınlaşan Nikol Paşinyan hökumətini cəzalandırmağa çalışır. Bu Kremlin siyasi qərarıdır. Halbuki Rusiyanın qadağaları özünün formalaşdırdığı Avrasiya İqtisadi İttifaqının fəaliyyət mexanizminə ziddir. Bu səbəbdən Paşinyan Qırğızıstana sözünü deməyə gedib. Buna qarşı Kremlin əks-arqumentləri də səsləndiriləcək.

Kreml Ceyhun Bayramovun Kiyevdəki görüşlərini də diqqətlə izləyəcək. Azərbaycanın istənilən dövlətlə tərəfdaşlığı ölkəmizin müstəsna hüququdur və buna heç bir dövlət qarışa bilməz. Bununla yanaşı Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya Kiyevlə əməkdaşlıq edənləri də hədəfində saxlayır.

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Qordonun iki il dalbadal dövlət başçısına verdiyi eyni suala “Ukrayna işğalla barışmamalıdır” cavabı Rusiyadakı şovinist dariələrin qəzəbinə səbəb olub. Bunlara elə gəlir ki, Azərbaycan Krımın ilhaqını və Ukrayna ərazilərinin işğalını həzm etməlidir.

Ceyhun Bayramov bir müddət əvvəl Moskvaya səfər etdiyi kimi, bu gün də Kiyevə səfər edib. Ukrayna Azərbaycanın tərəfdaşıdır və bu ölkəyə siyasi, iqtisadi və humanitar dəstəyini əsirgəməyəcək”, - o bildirib.

Tarix
2026.08.06 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla