Yuxarı

İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü - Video

09:35

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Axar.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olundu.

Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edildi.

Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlət başçıları müttəfiqlik əlaqələrimizin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə etdilər.

Tarix
2026.09.01 / 10:07
Müəllif
Axar.az
Digər xəbərlər

İran Ermənistana xəbərdarlıq etdi

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla