Yuxarı

Bakıda AQEM Media Forumu keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda AQEM Media Forumu keçirildi

10:15

Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu öz işini başa çatdırıb.

Axar.az xəbər verir ki, yerli və xarici media qurumlarının rəhbərlərinin, diplomatların iştirak etdiyi tədbir Azərbaycan Media və Yayım Şurasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və digər qonaqlar iştirak ediblər.

Forum tədmi açılış mərasimindən sonra öz işini "Azərbaycanın sədrliyi: Təşəbbüslər, əməkdaşlıq, nəticələr" və "Sosial həmrəyliyin və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu" adlı iki panel sssiyası ilə davam etdirib.

Panel müzakirələrində AQEM-ə üzv ölkələrin nümayəndələri Azərbaycanın sədrliyi dövründə həyata keçirilən təşəbbüslər, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, media vasitəsilə qarşılıqlı etimadın gücləndirilməsi, sosial həmrəyliyin və mədəniyyətlərarası dialoqun təşviqi barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, AQEM Asiyada sülh, təhlükəsizlik və sabitliyin təşviqinə, üzv dövlətlər arasında etimadın və əməkdaşlığın gücləndirilməsinə xidmət edən çoxtərəfli platformadır.

Tarix
2026.10.01 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla