Yuxarı

Avropada antitürk əhval-ruhiyyəsi baş qaldırır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderlandın Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv etməsi, Türkiyəyə qarşı belə münasibətin göstərilməsi Avropanın özünün təbliğ etdiyi diplomatik qaydalara, beynəlxalq münasibətlərə, mehriban qonşuluq siyasətinin yeridilməsinə ziddir.

Bunu Trend-ə Millli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, dövlətlər arası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin gözlənilməsi, digər dövlət üçün təhlükə yaratmadığı təqdirdə ölkələrin bir-birinin marağına hörmətlə yanaşması vacibdir:

"Türkiyə həmişə Avropa, eləcə də qonşu ölkələrə məhz belə münasibətlə yanaşıb. Tanınmış, demokratik ənənələrə malik Avropa ölkəsinin Türkiyə rəmsilərinə, Türkiyənin xarici işlər nazirinə qarşı bu cür münasibət göstərməsi anlaşılan deyil. O, Avropanın özünün təbliğ etdiyi diplomatik qaydalara, beynəlxalq münasibətlərə, mehriban qonşuluq siyasətinin yeridilməsinə ziddir".

A.Mirzəzadə hesab edir ki, məsələni bu həddə çatdırmamaq olardı:

"Çox təəssüf ki, Avropada antitürk əhval-ruhiyyəsi baş qaldırmaqdadır. Bu, ya Türkiyənin müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır, ya da hakimiyyətdə olan siyasi partiyalar qarşıdan gələn seçkilərdə daha çox səs toplamaq üçün belə addımı atırlar. İstənilən halda vəziyyət bu həddə gəlib çatmalı deyildi. Onsuz da dünya siyasətində kifayət qədər problemlər var. Onsuz da beynəlxalq siyasətin diqqət edəcəyi məqamlar kifayət qədərdir. Amma Türkiyə ilə münasibətləri pozmaq, Türkiyənin xarici işlər nazirinin ölkəyə buraxılmasından imtina etmək bütün diplomatik normalara ziddir. Çox istərdim ki, ölkələr Türkiyəyə qarşı belə münasibətin yolverilməzliyini qəbul etsinlər və Türkiyə ilə münasibətləri normaya salmaq üçün öz təşəbbüsləri ilə addımlar atsınlar".

Tarix
2017.03.12 / 17:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla