Yuxarı

Həmsədrlər erməni dəyirmanına su tökür - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmsədrlər erməni dəyirmanına su tökür - Deputat

ATƏT-in Minsk Qrupu yaradıldığı gündən açıq şəkildə onların fəaliyyətinə dair narahatlıqlarımızı qeyd edirik. Dünya ictimaiyyəti və eləcə də Azərbaycan görür ki, onlar bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmq və ya yubatmaqla məşğuldurlar.

Bu barədə Şərq.az-a Minsk Qrupu həmsədlərinin Bakıda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində verdikləri bəyanatları dəyərləndirərkən millət vəkili Jalə Əliyeva bildirib.

Xanım deputat söyləyib ki, həmsədrlər mütəmadi olaraq pafos dolu bəyantlar verərək, guya münaqişənin həllinə çalışdıqlarını iddia edirlər. Əslində isə onların fəaliyyəti düşmən dəyirmanına su töküb işə salmaqdan başqa bir şey deyil:

"Əlbəttə, bu illər ərzində Azərbaycanın haqlı mövqeyini müdafiə edən, Azərbaycan dövlətinin apardığı siyasəti dəstəkləyən ölkələr var. Bununla yanaşı, Minsk Qrupunun bu illər ərzində fəaliyyəti heç də təqdiredici deyil".

Təcavüzkar ölkənin danışıqlar masasına oturdulmamasına gəlincə, parlament üzvü qeyd edib ki, qarşımızda minbir oyundan çıxan, yalan və fırıldaqla məşğul olan Ermənistan dayanır:

"Onların xarici dilənçilik missiyaları var. Ermənistan tarixən özünə aid olmayan əraziləri işğal edib, özününkiləşdirməyə çalışan və arxasında müəyyən dövlətlər dayanan işğalçı bir ölkədir. Ona görə də indiyə qədər Minsk Qrupunun da fəaliyyəti nəticəsiz qalıb. Amma Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Bir qarış belə torpağımızı Ermənistana güzəştə getməyəcəyimizi və Azərbaycan ərizisində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəyimizi dəfələrlə bəyan etmişik. Əlbəttə, bu mövqeymiz bəzi qüvvələri narahat edir. Bu mənada çalışırlar ki, münaqişənin həllini uzatsınlar".

Qeyd edək ki, ötən günlərdə Bakıda səfərdə olan amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışarkən qeyd edib ki, danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır. Fransalı həmsədr isə bildirib ki,tərəflərin irəli getməyə istəyi var. Rusiyalı həmsədr isə deyib ki, Vyana və Sankt-Peterburq razılaşmaları icra olunmalıdır.

Tarix
2017.03.13 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla