Yuxarı

Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni – Təklif

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfindən həyata keçirilən deportasiyalar və etnik təmizləmələr diqqətdə kənarda qalmamalıdır.

Trend-in məlumatına görə, bunu məşhur rusiyalı teleaparıcı və Rusiyanın İctimai Palatasının keçmiş üzvü Maksim Şevçenko Bakıda keçirilən "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda deyib.

O xatırladıb ki, Qarabağdan və Ermənistandan yüz minlərlə azərbaycanlı qovulub.

M.Şevçenko qeyd edib ki, Qafqaz üç keçmiş imperiya – Osmanlı, Fars və Rusiya imperiyalarının mübarizə meydanında yerləşir və onlardan hər biri hesab edir ki, bu torpaqlara nəzarət etmək hüququ var. Onun sözlərinə görə, dünyada bu cür nümunələr çoxdur. Balkan bölgəsi də belə regionlardandır.

O bildirib ki, Qafqaz üçün bu üç ölkədən birinin tərkibinə və ya bölgədə aktiv iştirak edən Avropa İttifaqına daxil olmaq həll yolu deyil: “Bu cür addımlar yalnız münaqişələrə səbəb ola bilər. Bu isə Qafqaz reallıqlarına uyğun deyil”.

Azərbaycan barədə danışan M.Şevçenko qeyd edib: "Azərbaycan çoxmillətli dövlətdir və bütün yaşananlara baxmayaraq, müharibəyə hazırlaşmır. Azərbaycan böyüyür, inkişaf edir, genişmiqyaslı tədbirlər keçirir. Bunu qonşu ölkələr barədə isə demək olmaz”.

O bildirib ki, əgər Ermənistanda “Daşnaksütyun” partiyası qalib gələrsə, müharibə bu ölkənin siyasi kursunun əsasını təşkil edəcək. Bu isə hamı üçün təhlükəlidir. M.Şevçenko həmçinin xatırladıb ki, Ermənistanın siyasi kursu səbəbi ilə ölkəni çox adam tərk edib.

Maksim Şevçenko Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni formatın yaradılması təklifi ilə çıxış edib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk Qrupu vasitəçilik imitasiyası edib.

M.Şevçenko bidirib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin məğlubiyyəti, onun üzvləri, xüsusilə də ABŞ və başqaları vəziyyətin həllində maraqlı deyillər:

“Problem yalnız Rusiya-Türkiyə-İran formatının fəal inkişafı ilə həll edilə bilər. Vəziyyətin həlli təkcə Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlarını deyil, həm də bütün qaçqınların qarşılıqlı qaytarılması üçün imkan yaradılmasını da əhatə etməlidir”.

Onun fikrincə, münaqişənin hərbi yollla həlli yoxdur:

“Eskalasiya Gürcüstan, Rusiya və NATO ölkələrinin ərazisində birbaşa münaqişəyə səbəb olacaq. Ermənistan Rusiya Federasiyasına qədər dəhliz tələb edəcək. Gürcüstan NATO-ya müraciət edəcək. Rusiya Federasiyası regionda öz maraqlarını qorumaq üçün hərəkətə başlayacaq. Azərbaycan üçün bu, İran və Rusiya Federasiyası arasında qalmaq, eləcə də öz aktivlərini və Rusiya Federasiyasında olan siyasi təsirini təhlükə altına qoymaq deməkdir”.

M.Şevçenko əlavə edib ki, ən yaxşı format “üçbucağın” yeni nəzarət komissiyalarının yaradılmasıdır ki, buna da Qərb heç vaxt imkan verməyəcək:

“Buna görə də daimi hərbi eskalasiya ilə humanitar əlaqələr yaxın gələcəkdə gündəmdə olacaq”.

Tarix
2017.03.14 / 12:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla