Yuxarı

Ərdoğan Əsədlə razılaşmaya gedəcəkmi? - Analitik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Əsəd rejimini tam dəstəkləyəcəyi və ya onunla danışıqlara gedəcəyini düşünmürəm. Burada İran və Rusiyanın vasitəçiliyi ilə Türkiyənin Suriyaya qarşı münasibətlərində müəyyən loyallığın davam etdirilməsi müzakirə mövzusu ola bilər. Proseslərdə bundan artıq bir irəliləyişin olacağı qənaətində deyiləm.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, son 1 ildir Türkiyənin Suriyaya münasibətlərində xeyli loyallaşma hiss olunmaqdadır:

“Şübhəsiz ki, bu da ilk növbədə Türkiyə, Rusiya, İran yaxınlaşması ilə əlaqədardır. Təbii ki, bu yaxınlaşma xarici faktorların təsiri ilə baş verir. Türkiyənin Suriyaya münasibətlərinin loyallaşmasında İŞİD və bölücü kürd qruplaşmaları ilə bağlı məqamların əhəmiyyətini də vurğulamaq lazımdır. İŞİD-dən sonra bölgədə böyük bir boşluq əmələ gələ bilər. Bildiyiniz kimi, bu bölgə boşluq sevmir və İŞİD-in yerini başqa bir terror təşkilatı tutacağı ehtimalı son dərəcə yüksəkdir”.

Analitik qeyd edib ki, eyni zamanda Qərbin Türkiyəyə yönəlik son itələyici siyasəti, qardaş ölkəni bölgədə özünə müttəfiq axtarmağa vadar etməkdədir:

“Son günlərin gündəmində olan Türkiyə-NATO, Türkiyə-Avropa, Türkiyə-ABŞ münasibətləri bunun ən bariz nümunəsidir. Bu mənada Türkiyə istər-istəməz bölgədəki ölkələrlə işbirliyinə getməyə məcburdur. Türkiyənin bölgədə İranla da müəyyən məqamlarda maraqlarını uzlaşdırması gözləniləndir və əslində Əsəd rejiminə son dövrdə sərgilənən daha yumşaq mövqe həm də bu kontekstdən dəyərləndirilməlidir. Bu mənada bütün bu şərtlərə görə, Türkiyə bir növ Suriyada baş verən proseslərə bir gözünü yummaq məcburiyyətində qaldı”.

Tarix
2017.11.28 / 11:21
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Belarusun baş naziri Azərbaycana gəlir

Daha bir erməni yalanı ifşa edildi: O evi özləri vurub - Video

Bu hücum Özgür Özəlin yolunu açır

Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?

Ukrayna 9 mayda Moskvanı vurmaq gücündədir: Vuracaq?

Gözlənilməz qərar: Azərbaycan “3-cü dalğaya” hazırlaşmalıdır

Samir Şərifov Şara ilə görüşdü - Foto

1994-cü ildə atəşkəsi buna görə imzaladıq – Sərkisyan

Badamov Moskvada niyə saxlanıldı? - XİN-dən reaksiya

Deputat Azər Badamov Moskvada saxlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla